Mədəniyyət

"Xalq Əmanəti" daha bir şairin yaradıcılığına işıq saldı

Mayın 26-da "Xalq Bank" ASC-nin "Xalq Əmanəti" layihəsi çərçivəsində işıq üzü görən xalq şairi, görkəmli ədəbiyyatşünas alim Hökumə Billurinin şeirlər toplusundan ibarət "Seçilmiş əsərləri"nin təqdimat mərasimi keçirildi. Tanınmış şair yazıçılar, tərcüməçilər, şərqşünaslar media nümayəndələrinin iştirak etdiyi tədbirdə akademik Nizami Cəfərov 2010-cu ildən etibarən xalqımızın mədəni irsinin gələcək nəsillərə çatdırılması istiqamətində "Xalq Əmanəti" layihəsini reallaşdıran heyətə minnətdarlığını bildirərək şairin demək olar ki, bütün şeirlərinin toplandığı, nəfis tərtibatda nəşr olunmuş kitabı gərgin əməyin nəticəsi kimi dəyərləndirdi. Həyatı boyu ikiyə bölünmüş şimallı-cənublu Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan şairin həyat yaradıcılığına həsr olunmuş kitabın "Xalq Əmanəti"nin 23- nəşri olduğunu qeyd etdi.

Nizami Cəfərov dünyanın hansı nöqtəsində olur-olsun  ürəyi hər zaman Vətən üçün döyünən, əsl şair-vətəndaş örnəyi olan Hökumə Billurinin həyat yaradıcılığından ətraflı bəhs edərək 1926- il martın 3- Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olduğunu, 1946- ildə Azərbaycan Milli Hökuməti İran şahlıq rejimi tərəfindən devrildikdən sonra Bakıya gəldiyini burada Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil aldığını bildirdi. Qeyd etdi ki, 1956- ildə Bakı Ali Partiya məktəbini, 1963- ildə Moskvada Sov.İKP yanında İctimai Elmlər Akademiyasını bitirən H.Billuri "İran Azərbaycanının realist-demokratik ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi, alimlik dərəcəsi almışdır. 1952-1954- illərdə "Azərnəşr" ədəbi-bədii şöbənin redaktoru, 1956-1960- illərdə isə "Azərbaycan" qəzetinin baş redaktoru olmuş, 1964- ildən ömrünün sonuna qədər Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi işçisi vəzifəsində işləmişdir.

Görkəmli şairin "Seçilmiş əsərləri"nin tərtibatçı redaktoru Səlim Babullaoğlu yaradıcılığa hələ orta məktəb illərində başlamış Billurinin ilk şeir məqalələrinin 1945-ci ildə "Azər" "Vətən yolunda" qəzetlərində, həmçinin "Azərbaycan" jurnalında, sonrakı illərdə isə şeir poemalarının mütəmadi olaraq ədəbi dövri mətbuatda dərc olunduğunu bildirdi.

Ədəbiyyatşünas Seyfəddin Hüseynli bədii-estetik məziyyətlərinə görə şeirləri XX əsrin ikinci yarısında milli ədəbiyyat tariximizdə önəmli yer tutan şairin bədii yaradıcılığından söz açdı. "1940-1960: İran Azərbaycanında realist-demokratik poeziya" "Məhəmmədhüseyn Şəhriyar" monoqrafiyalarının müəllifi olduğunu diqqətə çatdırdı.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun icraçı direktoru Mehman Həsənli Hökumə Billurinin həm tərcüməçi kimi fəaliyyətindən danışdı.

Hökumə Billurinin qızı Elnaz Qəmbəri kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə ailəsi adından dərin təşəkkürünü bildirərək anası haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Digər çıxış edənlər nəşrin tədqiqatçılar üçün dəyərli mənbə olduğunu qeyd edərək "Xalq Əmanəti"nin milli irsin qorunmasında rolundan danışdılar. Layihə çərçivəsində bu günədək Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev, xalça rəssamı Lətif Kərimov, eləcə Ələkbər Rzaquliyev, Tağı Tağıyev, Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Şamo Abasov, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinov, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilərin təşkil edildiyi bədii albomların nəşr olunduğu qeyd edildi. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk, Zəlimxan Yaqub, unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin "Azərbaycan sikkələri" kitabı, "Aşıq ədəbiyyatı antologiyası" üçcildliyi, həmçinin dünyaşöhrətli şair-mütəfəkkir Mirzə Şəfi Vazehin Azərbaycan, alman rus dillərində "Bütün əsərləri"nin işıq üzü gördüyü diqqətə çatdırıldı.

Mehparə ƏLİYEVA,

"Respublika".