Xaçmaz: Anım gününə yaşıllıq aksiyası
Region

Xaçmaz: Anım gününə yaşıllıq aksiyası

Xaçmazda Vətən müharibəsinin başlanğıcı kimi tarixə düşən 27 Sentyabr – Anım Günü silsilə tədbirlərlə qeyd olunub. Xaçmaz Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən “Yaşıllıq aksiyası”na bütün idarə, müəssisə və təşkilatlar qoşulmuşdu.

Xaçmaz-Bakı, Quba-Xaçmaz, Xaçmaz-Xudat magistral yollarında mindən çox Eldar şamı əkilmişdir.  Bu nəcib təşəbbüsə qoşulan rayonun idarə, müəssisə kollektivləri tərəfindən ağacəkmə kampaniyası ilə bərabər, həm də yol kənarlarında təmizlik, abadlıq işləri görülmüşdür. Ətraf ərazilər alaq otlarından, lazımsız tullantılardan, daşlardan  təmizlənmişdir. Aksiya iştirakçıları həmçinin əvvəlki illərdə əkilən ağaclara aqrotexniki qulluq göstərmişlər. Aksiyada iştirak edən Vətən müharibəsi iştirakçıları və qazilər də hərəyə bir ağac əkmişlər. Sonrakı günlərdə  yaşıllıq-abadlıq aksiyası şəhərin park və xiyabanlarında davam edəcək.

Anım günü ərəfəsində şəhid məzarları da ziyarət olunubdu. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və aparatın məsul işçiləri rayonun  Qaraqurdlu, Qaracəlli, Qobuqıraq, Yeni Həyat, Pirquluoba, Bayoba, Çaykənarı, Uzunoba, Şərifoba, Palçıqoba kəndlərində şəhid məzarlarının önünə tər qərənfillər düzərək, əziz xatirələrini ehtiramla anıblar. Torpaq uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxunub.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.