Vüqar Süleymanov: BMT-nin dünyada mina probleminə dair 18-ci İnkişaf Məqsədinin qəbul olunmasını təklif etmişik
MÜSAHİBƏLƏR

Vüqar Süleymanov: BMT-nin dünyada mina probleminə dair 18-ci İnkişaf Məqsədinin qəbul olunmasını təklif etmişik

Ötən dövr ərzində azad olunmuş torpaqlarda 23 min hektardan çox ərazi minalardan təmizlənərək istifadəçilərə təhvil verilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov media nümayəndələrinə açıqlamasında bildirib.

V.Süleymanov deyib: "Bildiyiniz kimi, BMT Baş Assambleyası tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi təyin olunub. Bu Dayanıqlı İnkişaf Məqsədlərinin böyük əksəriyyəti insanların təhlükəsizliyi ilə bağlıdır. Mina problemi insanların təhlükəsizliyinə, onların dinc həyat tərzinə ciddi təsir göstərir. Bu səbəbdən biz növbəti - 18-ci İnkişaf Məqsədinin qəbul edilməsinin və onun məqsədinin dünyada mina probleminin həllinə dair olması ilə bağlı təklif səsləndirdik".

ANAMA-nın İdarə Heyətinin sədri azad edilmiş torpaqlarda indiyədək 23 min hektardan çox ərazinin minalardan təmizləndiyini və ümumilikdə 53 min minanın tapıldığını diqqətə çatdırıb.

AZƏRTAC