“VULKAN” ASC
Digər xəbərlər

“VULKAN” ASC

“VULKAN” ASC-yə

1. Biz, Azərbaycan Respublikası Auditorlar Palatasının 03 aprel 2017-ci il tarixində verdiyi icazə əsasında fəaliyyət göstərən “Bakı Audit” MMC-nin auditoru Ağayev Akif Ağa oğlu 29 mart 2021-ci il tarixli BT №06 saylı müqaviləyə əsasən cəmiyyətin 01 yanvar 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək olan dövrün auditini bizə təqdim olunmuş sənədlər əsasında apardıq. Auditə təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi-təsərrüfat subyektinin məsul işçiləri məsuliyyət daşıyır.

2. Maliyyə hesabatlarının hazırlanması üzrə rəhbərliyin məsuliyyəti

Hazırkı maliyyə hesabatlarının Maliyyə Hesabatlarının Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə Rəhbərlik məsuliyyət daşıyır. Bu məsuliyyətə aşağıdakılar daxildir: səhvlər nəticəsində əhəmiyyətli təhriflərin olmadığı; maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sisteminin yaradılması, tətbiq edilməsi və davam etdirilməsii, müvafiq uçot siyasətinin seçilməsi və tətbiq edilməs; şəraitdən asılı olaraq məqbul uçot təxminlərinin irəli sürülməsi.

3. Auditorun məsuliyyəti

Bizim məsuliyyətimiz apardığımız audit yoxlamasına əsasən maliyyə hesabatlarına dair rəy bildirməkdən ibarətdir. Biz audit yoxlamamızı Milli Mühasibat Uçotu Standartları əsasında apardıq. Həmin Standartların tələblərinə görə, biz etik tələblərə əməl etməli və auditi elə şəkildə planlaşdırmalı və aparmalıyıq ki, maliyyə hesabatlarında əhəmiyyətli təhriflərin mövcud olmamasına kifayət qədər əmin olaq.

4. Audit yoxlamasına maliyyə hesabatlarındakı məbləğlər və açıqlamalara dair auditor sübutu əldə etmək üçün prosedurların yerinə yetirilməsi daxildir. Seçilmiş prosedurlar auditorun mülahizələrindən, səhvlər nəticəsində maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərinin qiymətləndirilməsindən asılıdır. Həmin riskləri qiymətləndirərkən auditor müəssisənin daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə görə müvafiq audit prosedurlarının işlənib hazırlanması məqsədilə müəssisə tərəfindən maliyyə hesabatlarının hazırlanması və düzgün təqdim edilməsi üçün müvafiq daxili nəzarət sistemini nəzərdən keçirir. Bundan əlavə, audit yoxlamasına mövcud uçot siyasətinin uyğunluğunun və rəhbərliyin uçot təxminlərinin əsaslandırılmasının qiymətləndirilməsi, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının dəyərləndirilməsi daxildir.

5. Biz hesab edirik ki, əldə etdiyimiz auditor sübutları rəyimizi bildirmək üçün kifayət qədər əsas verir.

Rəy

6. Bizim fikrimizcə, təqdim edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından cəmiyyətin 31 dekabr 2020-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq düzğün əks etdirir.

Auditor Ağayev A.A.

23 aprel 2021-ci il