Vuk Yeremiç: Qlobal Bakı Forumu sülh çağırışı üçün ideal məkandır
MÜSAHİBƏLƏR

Vuk Yeremiç: Qlobal Bakı Forumu sülh çağırışı üçün ideal məkandır

Azərbaycan hazırda dünyada çox böyük nüfuza malikdir və vacib ölkələrdən birinə çevrilib.

Bunu AZƏRTAC-a müsahibəsində Serbiyanın sabiq xarici işlər naziri Vuk Yeremiç deyib.

Sabiq nazir qeyd edib ki, hazırda ən vacib məsələlərdən biri Rusiya-Ukrayna müharibəsidir. Bu müharibə dünya üçün təhlükəli və olduqca böyük problemlərə səbəb olacaq bir hadisədir. "Müharibədən, sadəcə, Rusiya və Ukrayna deyil, region ölkələri də zərər çəkir. Bu müharibə dünyada inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına olduqca mənfi təsir edir. Bizim məqsədimiz sülh yaratmaqdır. Qlobal Bakı Forumu sülh çağırışı üçün ideal məkandır", - deyə V.Yeremiç bildirib.