Vladimir Sokor: Azərbaycan Avropa üçün həm də enerji  tranziti ölkəsidir
MÜSAHİBƏLƏR

Vladimir Sokor: Azərbaycan Avropa üçün həm də enerji  tranziti ölkəsidir

Azərbaycan Prezidentinin "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransdakı çıxışından üç mühüm mesaj aldım. Bunlardan birincisi Azərbaycanın prezidentlik institutuna əsaslanan uğurlu inkişaf modelidir. Prezidentlik institutu mərkəzləşdirilmiş bir qərarvermə sisteminə malikdir və Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edən bu sistemdə uzunmüddətli strateji planlaşdırma mümkündür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor söyləyib.

V.Sokor deyib: "İkinci mesaj odur ki, Azərbaycan təkcə Avropaya enerji ixrac edən ölkə deyil, eyni zamanda, Avropa üçün enerji tranziti ölkəsidir. İnkişaf etmiş ölkələrin iqtisadiyyatında "mavi yanacağ"ın rolu uzunmüddətli olacaq. "Yaşıl enerji"nin heç vaxt yüz faiz uğurlu olacağını düşünmürəm. "Mavi yanacağ"a həmişə ehtiyac olacaq və hətta "yaşıl enerji"yə keçiddən sonra da bu enerji növü əhəmiyyətini itirməyəcək. Bu səbəbdən Azərbaycanın gələcəyi etibarlıdır. Azərbaycan yalnız istehsalçı deyil, həm də tranzit ölkədir. Hesab edirəm və gözləyirəm ki, Türkmənistandan böyük həcmdə qaz idxal ediləcək və bu, Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çatdırılacaq".

O bildirib ki, üçüncü mesaj Qarabağ

la bağlıdır. Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini diqqətə çatdıran baş elmi işçi vurğulayıb: "Bu, hərbi-siyasi yolla baş verdi. Meydanda hərbi qərarlar verildi və hərbi Qələbə qazanıldı, ardınca siyasi qərarlar qəbul edildi. Bu, hərbi-siyasi həll yoludur. Azərbaycan bu həll yolunu müvəffəqiyyətlə həyata keçirdi. Azərbaycanın Qarabağ üçün xüsusi statusun verilməsi ilə bağlı ideyanı rədd etməsi isə məni heyrətləndirdi. Müharibədən sonra Azərbaycan Prezidenti demişdi: "Qarabağın statusu cəhənnəmə getdi".

AZƏRTAC