Veteranlar Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib
Sosial həyat

Veteranlar Türkiyədəki zəlzələdə zərərçəkənlərə maddi yardım göstərib

Fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində minlərlə insanın həyatını itirməsi, on minlərlə insanın yaralanması, evindən-eşiyindən məhrum olması Azərbaycan xalqının dərin kədərinə səbəb olub.

Zəlzələdən dərhal sonra Azərbaycanda Türkiyəyə yardım məqsədilə geniş aksiya və kampaniyalara start verilib. Yardım aksiyalarına Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı da qoşulub. Aksiyalarda təşkilatın mərkəzi aparatı ilə yanaşı, yerlərdəki rayon təşkilatları da aktiv iştirak edib, xüsusi fəallıq sərgiləyiblər. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, o cümlədən yerlərdəki üzvləri tərəfindən toplanan maddi yardım Türkiyə tərəfinə təqdim olunub.

Təşkilatının üzvləri maddi yardımla yanaşı, zəlzələdən zərərçəkənlərə məişət əşyaları, yataq dəstləri və digər vasitələrlə də köməklik göstəriblər.

"Respublika".