Vətəni yaşadan mərd oğullar
Region

Vətəni yaşadan mərd oğullar

44 günlük İkinci Qarabağ müharibəsində  Vətənin mərd oğulları sözün əsl mənasında dastan yazdılar.  Bu haqq savaşımızda şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan biri də Lənkəranın   Hirkan qəsəbəsində  dünyaya göz açan  şəhid polkovnik-leytenant  İqbal Əhmədağa oğlu Bayramovdur. Vətən sevdalısının şəhadətə qovuşduğu gündə İcra aparatının  işçiləri, şəhidin ailə üzvləri və qəsəbə ictimaiyyəti tərəfindən böyük ehtiramla anıldı.  Ziyarətçilər  İqbalın uyuduğu  qəsəbə qəbiristanlığına baş çəkdilər, şəhidin məzarını ziyarət edib və  önünə gül dəstələri düzdülər.

Polkovnik-leytenant İqbal Bayramov hələ sağlığında dövlət başçısı tərəfindən  2-ci  və  3-cü dərəcəli “Qüsursuz xidmətə görə”,    “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medallarına layiq görülüb.  Vətən müharibəsindəki qəhrəmanlığına görə  isə şəhidimiz Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə  “Vətən uğrunda”, “İgidliyə görə” medalları ilə təltif olunub. 

Polkovnik-leytenant İqbal Bayramov haqqında söz düşəndə hirkanlılar  bildirdilər ki, elimizin qəhrəman oğlu Vətəninə, xalqına ürəkdən bağlanmışdı.  Onun ən böyük arzusu nəyin bahasına olursa-olsun Vətən torpaqlarını tezliklə mənfur düşmən tapdağından azad etmək idi. İkinci Qarabağ müharibəsində bu müqəddəs yolda canını, qanını belə əsirgəmədi.

Zəfər ORUCOĞLU.