Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri davam edir
Region

Vətən müharibəsi zamanı zərər görmüş evlərdə aparılan bərpa işləri davam edir

Gəncə Şəhər İcra Hakimiyyətində Vətən müharibəsi zamanı raket zərbəsindən zərər görmüş evlərdə aparılan bərpa və təmir-tikinti işlərinin gedişatı növbəti dəfə müzakirə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda Gəncə Şəhər İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi-Tikinti Planlaşdırma Mərkəzinin, podratçı şirkətlərin rəhbər şəxsləri və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

İclasda zərərçəkmiş sakinlərin qaldırdıqları və onları narahat edən problemlərin həlli  istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzillər tamamilə dağılıb. Cari ilin əvvəlindən başlayaraq ölkə rəhbərliyinin tapşırığına əsasən dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Artıq 6 aydan çoxdur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Gəncə şəhərində bərpa və təmir-tikinti işləri davam etdirilir.

AZƏRTAC