Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Sosial həyat

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında və regional mərkəzlərində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qurumun mətbuat xidmətinin verdiyi məlumatda deyilir ki, sentyabrın 27-si “Qarabağ Azərbaycandır!” şüarını rəhbər tutaraq ədalətin bərpası və qələbəyə doğru aparan hadisələrin başlanğıcı kimi ən yeni Azərbaycan tarixində xüsusi iz saldı. 44 gün davam etmiş Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalından azad olunması və qazanılmış parlaq zəfər rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitlərinin, ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərimizin canını fəda edərək yaratdığı şah əsərdir. 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 dekabr tarixli Sərəncamına uyğun olaraq bu il ilk dəfə keçirilən Anım Günündəö İkinci Qarabağ müharibəsində şəhid olmuş, o cümlədən Ermənistanın mülki obyektlərə hücumları nəticəsində həlak olmuş vətəndaşlarımızın xatirəsini dərin ehtiramla anır, onlara rəhmət diləyir və ailələrinə səbir arzulayırıq.

Zümrüd ABDULLAYEVA,

“Respublika”.