Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş
Sosial həyat

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vətən müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüş keçirib. Görüşdə şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova, şəhid Tapdıq Ağayevin həyat yoldaşı Gülşən Ağayeva və şəhid Valeh Bədəlovun həyat yoldaşı Zeynəb Bədəlova, həmçinin “ZƏFƏR” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Orucova iştirak ediblər.

Qurumun mətbuat xidmətinin məlumatında deyilir ki, Ombudsman Aparatında keçirilmiş görüşdə əvvəlcə şəhidlərimizin keçdiyi döyüş yolu, vətən uğrunda göstərdikləri qəhrəmanlıq barədə danışılıb. Daha sonra Ombudsman Vətən müharibəsi şəhidlərinin həyat yoldaşlarını bu il ali məktəblərə qəbul olunmaları münasibətilə təbrik edib, onlara təhsil həyatında uğurlar arzulayıb.

Görüş zamanı şəhidlərin ailə üzvlərinin qarşılaşdığı problemlər müzakirə olunub. Onların müraciətlərini dinləyən Ombudsman şəhid ailələrinin problemlərinin həlli ilə bağlı lazımi dəstək göstərməyə hər zaman hazır olduğunu bildirib.

Zümrüd ABDULLAYEVA,
“Respublika”.