Vebinar-iclas
Digər xəbərlər

Vebinar-iclas

2021-ci il iyul ayının 9-da Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin növbəti vebinar-iclası keçirilmişdir. Vebinar-iclasda MİHİ Respublika Komitəsinin şəhər, rayon komitələri və ilk həmkarlar ittifaqı təşkilatlarında sosial dialoqun inkişaf etdirilməsi, teatr-tamaşa müəssisələrində əməyin mühafizəsinin vəziyyəti haqqında müzakirələr aparılmış və qərarlar qəbul edilmişdir.

İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova çıxış edərək üzvlərin hüquqlarının qorunması, onların təhlükəsiz iş şəraiti ilə təmin edilməsi, istirahətlərinin təşkili ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib. İclasda çıxış edənlər mövzu ilə bağlı fikirlər səsləndirib, təkliflər veriblər.

“Respublika”.