Vahid əlaqələndirmə mərkəzləri
Sosial həyat

Vahid əlaqələndirmə mərkəzləri

Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 1023 şəxs qəbul edilib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, postmüharibə dövründə şəhid ailələri və qazilərə mühüm dəstək tədbirlərindən daha biri Prezident İlham Əliyevin  2021-ci il 25 iyun tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılmasıdır. Bu mərkəzlərdə şəhid ailələri və qazilərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə 7 quruma aid 26 xidmət “bir pəncərə”dən, operativ və şəffaf şəkildə, vətəndaş rahatlığı və məmnunluğu prinsipi əsasında göstərilir.

“Respublika”.