Vahid əlaqələndirmə
Sosial həyat

Vahid əlaqələndirmə

 

 

Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzlərinə bu günədək şəhidlərimizin ailə üzvləri, müharibə əlilləri və Vətən müharibəsində xəsarət almış hərbi qulluqçulardan ibarət 3250 şəxs (o cümlədən Çağrı mərkəzi-142 vasitəsilə 238 şəxs) müraciət edib.

Bakı şəhərində və Abşeron rayonundakı DOST Mərkəzlərində fəaliyyət göstərən bu mərkəzlərdə qeyd edilən kateqoriyalara aid vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə  21 dövlət orqanı (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstərilir.

“Respublika”.