Üztanıma ilə ödəniş sistemi tətbiq ediləcək
Sosial həyat

Üztanıma ilə ödəniş sistemi tətbiq ediləcək

Üztanıma texnologiyası ilə ödəniş sistemi hazırlanır. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən hazırlanan  bu sistem istifadəçiyə biometrik məlumatları bank kartına və ya hesabına bağlayıb, kamera vasitəsilə üzünü skan edərək ödəniş həyata keçirməyə imkan verəcək. Xidmətin gələn ilin ilk yarısında təqdim olunması nəzərdə tutulur.

Mərkəzin məlumatına görə,  bu xidmət  müştərilərə daha tez ödəniş etməyə, xidmət sahələrinə isə xərclərini azaltmağa imkan verəcək.

Biometrik məlumatlar bu sahədə bizə geniş imkanlar açır və yeni texnologiyaların inkişafı "BioPOS" terminal (bioekvayrinq) funksionallığının tətbiqini əlçatan edir.        

Qeyd edək ki, MHM tərəfindən davamlı olaraq beynəlxalq təcrübənin öyrənilərək ölkəyə gətirilməsi, rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və bu xidmətlərə əhalinin əlçatanlığının artırılması məqsədilə strateji layihələr, həmçinin ardıcıl işlər həyata keçirilməkdədir.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.