Uzaqgörən siyasətin parlaq təcəssümü
Digər xəbərlər

Uzaqgörən siyasətin parlaq təcəssümü

Bu gün hər kəs - istər müstəqil Azərbaycanın vətəndaşları, istərsə bütün dünyada yaşayan azərbaycanlılar yaxşı bilirlər ki, Heydər Əliyev şəxsiyyəti müasir Azərbaycanın dövlətçilik tarixinin ən parlaq simasıdır. Azərbaycan xalqının yaddaşında əbədiyaşar yerə sahib, hələ sağlığında daim dəstəyini hiss etdiyi xalqı tərəfindən ümummilli lider statusunu qazanan, ulu öndər kimi milyonların sevimlisi olan Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu kimi tarixə düşüb.

Hər kəsin bildiyi qəbul etdiyi, bəzilərinin isə qısqanaraq istəməsə belə qəbul etməyə məcbur olduğu yenilməz bir həqiqət var ki, bu, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı, onun müəyyən etdiyi ideoloji xəttin müasir dövlətimizin parlaq gələcəyinin təminatçısı olmasıdır.

Azərbaycan tarixində əvəzedilməz izlər qoymuş bu dahi şəxsiyyətlə bağlı elə günlər vardır ki, xalqımız həmin tarixləri əsl bayram kimi qeyd edir. Dahi şəxsiyyətin 100 illik yubileyi ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023- ilin "Heydər Əliyev İli" kimi qeyd edilməsi bu bayramların ən alisidir. Heydər Əliyevin hakimiyyətə qayıtmasından əvvəl ölkədəki vəziyyət hər birimizin yadındadır. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi çoxdan gözləmək imkanı əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993- ilin iyununda ən yuxarı həddə çatdı, ölkədə fəaliyyət göstərən bəzi separatçı qüvvələrin başıpozuq hərəkətləri Azərbaycan daxilində qardaş qırğını vətəndaş müharibəsinə zəmin yaratmışdı. Şimalda da Azərbaycan vətəndaşı olan milli azlıqlara aid bəzi etnik qruplar arasında kənar qüvvələrin təsir təzyiqləri ilə inamsızlıq etimadsızlıq toxumu səpilirdi ki, bunun da separatçılığa çevrilmə ehtimalı artıq qabarıq şəkildə özünü büruzə verməyə başlamışdı. Sözügedən vəziyyət nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993- illər ölkəmizin tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılan müstəqil dövlətə rəhbərlik edə bilmə iqtidarında olmayan, siyasi hadisələrə düzgün qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdə belə ölkənin maraqları üçün hansı addımın daha düzgün olacağını müəyyənləşdirə bilməyən şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Buna görə ovaxtkı iqtidar əhali arasında gündən-günə nüfuzunu itirir, baş vermiş hadisələrdən düzgün nəticə çıxara bilmirdi.

Torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə mürəkkəbləşən siyasi vəziyyət, əhalinin gündən-günə kritikləşən sosial durumu ölkəni bu problemlərdən xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə əsaslı zərurət yaradırdı. Cəmiyyətin bütün təbəqələri müstəqilliyini təzəcə bərpa etmiş ölkəni düşdüyü çətin dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bilirdi. Bu məhz bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında birləşməklə öz gələcək taleyinə özü qərar vermək niyyətində idi. Beləliklə, 1993- il iyun ayının 9-da ulu öndər xalqın çağırışına səs verərək Bakıya qayıtdı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində əsaslı dönüşün baş verdiyi an oldu, böyük qurtuluşa doğru vacib addım atıldı. Xalqımızı müstəqilliyə aparan yol bilavasitə həmin gündən başlandı.

Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci önəmli məsələ onu qoruyub inkişaf etdirmək idi. Bu məsələ ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.

İctimai-siyasi sabitliklə bərabər, ölkədə bütün təsisatlar yeniləndi, əmək münasibətləri canlandı, azad bazar iqtisadiyyatı həyat vəsiqəsi qazandı, əldə olunan, inkişafı əks etdirən bütün göstəricilər statistikada öz əksini tapdı. Bu gün öz ali inkişaf mərhələsinə çatmış ölkə statistikası ulu öndərin uzaqgörən siyasətinin parlaq təcəssümüdür. Azərbaycanın hər yerində olduğu kimi, Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti, şanlı Ordumuzun parlaq şücaəti sayəsində işğaldan azad olunmuş Cəbrayıl rayonunun sakinləri ümummilli liderin 100 illik yubileyini dərin minnətdarlıq hissi ilə qeyd edir.

Sahib SÜLEYMANOV,

Cəbrayıl Rayon Statistika İdarəsinin rəisi.