Mədəniyyət

"Utro" jurnalı fəaliyyətə başladı

Bu günlərdə respublikamızın mətbuat məkanında daha bir əlamətdar hadisə baş verib. Ölkənin mətbu orqanlarının sırasına daha bir jurnal - "Utro" (Səhər) jurnalı daxil olmuşdur. Fəaliyyətə başlaması münasibətilə "İrşad" otelin konfrans zalında jurnalın birinci nömrəsinin təqdimatı keçirilib.

Tədbirdə görkəmli ictimai elm xadimləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditasiya olunmuş diplomatik missiya rəhbərləri, media strukturlarının rəhbərləri nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən jurnalın baş redaktoru Habil Ağazadə indiyə qədər yalnız informasiya portalı kimi fəaliyyət göstərdiklərini, indi isə eyni zamanda çap variantlı jurnal buraxmağı qərara aldıqlarını jurnalın ayda bir dəfə nəşr olunacağını qeyd etdi. Sonra o, jurnalın ilk buraxılışının Ulu Öndər, görkəmli dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bir vaxta düşdüyünü ilk nömrəsinin Ümummilli Liderimizə həsr olunduğunu vurğuladı.

Daha sonra tədbirdə iştirak edən fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyev, Milli Məclisin deputatı Novruz Aslan, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov, Milli Məclisin deputatı Ceyhun Məmmədov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli, eləcə "Utro" jurnalının yazarlarından Rövşən Ağayev çıxış edərək "Utro" jurnalının redaksiyasını təbrik edib, jurnalda nəzərdə tutulan fəaliyyət istiqamətlərinin müasir çağırışlara uyğun olduğunu qeyd etdilər. Onlar Ümummilli Lider Heydər Əliyevin siyasi ideoloji irsinin əhəmiyyətini xüsusi vurğuladılar.

Natiqlər Ulu Öndərin irsindən danışaraq Heydər Əliyevin dahi şəxsiyyət, siyasət aləminin patriarxı olduğunu söyləyərək onun siyasətinin bu gün layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uğurla davam etdirdiyini qeyd etdilər. Müasir Azərbaycan dövlətçiliyinin memarı Heydər Əliyevin irsinin qorunmasında sonrakı nəsillərə ötürülməsində jurnalın xidmətlərinin böyük olacağını əminliklə vurğuladılar.

Sonra Aydın Kərimov öz çıxışında jurnal haqqında orada işıqlandırılan mövzular barədə ətraflı məlumat verdi.

Qeyd etmək lazımdır ki, jurnalın birinci nömrəsində dərc olunan materiallar böyük maraq doğurmuşdur. "Гейдар Алиев: Архитектор современного Азербайджана", "Президент вписавший свое имя в славную историю Азербайджана", "Духовное присутствие Гейдара Алиева", "Гейдар Алиев - гениальная личность и дальновидный политический деятель", "Фрагменты из воспоминаний о встрече с Общенациональным лидером Азербайджана Гейдаром Алиевым" s. yazılarda Ümummilli Liderimizin gördüyü nəhəng işlərdən danışılır müasir Azərbaycan dövlətçiliyinin qurulması dünya dövlətləri arasında öz layiqli yerini tutması üçün Heydər Əliyevin fenomenal xidmətlərindən bəhs edilir.

Düşünürük ki, ilk nömrəsi cəmiyyətdə belə müsbət əks-səda doğuran jurnalın növbəti nömrələri öz yaradıcılarına böyük uğur gətirəcəkdir.

Qədəmlərin mübarək, "Utro" jurnalı!

Natiq İSAYEV,

İsrafil QURBANOV.