USAİD kimi təşkilatların yardım və fəaliyyətinə xüsusi nəzarət olmalıdır
Siyasət

USAİD kimi təşkilatların yardım və fəaliyyətinə xüsusi nəzarət olmalıdır

Cənubi Qafqazda, həm dünyada sülhün, əmin-amanlığın tərəfdarı olan Azərbaycan humanist ideyaların təşəbbüskarı kimi tanınır. Ölkəmizdə sabitlik, təhlükəsizlik mühitinin bərqərar olması, vətəndaşların rahat yaşamaları dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biridir bu istiqamətdə müvafiq qurumlar tərəfindən mütəmadi olaraq mühüm tədbirlər həyata keçirilir. Ölkə başçısı İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili xarici siyasət sayəsində Azərbaycan bu gün bütün millətlərin təhlükəsiz şəraitdə yaşadığı fəaliyyət göstərdiyi, insan hüquq azadlıqlarının qorunduğu sivil, demokratik ölkədir.

Lakin ölkəmizin dinamik inkişafını, artan nüfuzunu, genişlənən əlaqələrini gözü götürməyən, buna hər vəchlə mane olmağa çalışan ölkələr bir sıra beynəlxalq təşkilatlar mövcuddur. Belə ki, ölkə daxilində baş verən siyasi proseslərə müdaxilə edərək buna başqa istiqamət vermək, ölkə rəhbərinin həyata keçirdiyi siyasəti dəstəkləyən, onun ətrafında sıx birləşən vətəndaş cəmiyyətini çaşdırmaq, dövlətin təməlini zəiflətmək məqsədi güdən bəzi beynəlxalq qurumlar bu istiqamətdə ciddi aparırlar. Bu gün respublikamızda siyasi sabitliyi pozmağa, radikal qüvvələrlə birləşib dövlət əleyhinə fəaliyyət göstərməyə cəhd edən yaxud bu cəhdləri həyata keçirməyə maliyyə dəstəyi göstərən təşkilatlar var. Son vaxtlar bir tərəfdən İran İslam Respublikasının din pərdəsi altında birləşən qruplaşmalar, geniş şəbəkələr hüquq-mühafizə orqanları tərəfindən aşkarlanıb lazımi tədbirlər görülür, digər tərəfdən isə Qərb təsisatlarının dövlətimizin mənafeyinə zidd fəaliyyətləri ortaya çıxarılır. Bu kontekstdə, ABŞ-ın ölkəmizdə qeyri-sabit vəziyyət yaratmaq, dövlətin daxili siyasətinə xələl gətirmək marağı hər zaman olub bu gün davam edir.

 ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) tarixi İkinci Dünya müharibəsindən sonra Avropanın yenidən qurulmasına dair Marşal planından prezident Trumen Administrasiyasının Dördüncü Bənd Proqramından başlayıb. İlk vaxtlar USAİD-in əsas fəaliyyəti uzunmüddətli iqtisadi sosial inkişafa yönəlmişdi. Təşkilatın proqramları çərçivəsində kənd təsərrüfatı, iqtisadiyyat, qlobal səhiyyə, demokratiya humanitar yardım məsələlərinə dəstək göstərilirdi. Yəni 1961-ci ildə yaradılan bu qurum əvvəlcə kasıb ölkələrin əhalisinin rifahını yaxşılaşdırmağı hədəfləyirdi. Daha sonralar isə ABŞ-ın əsas kəşfiyyat orqanı olan Mərkəzi Kəşfiyyat İdarəsi bir çox hallarda öz əməliyyatlarını həyata keçirərkən pərdələnmək üçün USAİD-dən istifadə etməyə başladı. Beləliklə Soyuq müharibənin siyasi tərəfi kimi USAİD Mərkəzi Kəşfiyyat İdarəsinin "ön kəşfiyyat dəstəsi" olaraq hədəf ölkələrdə məxfi əməliyyatların ilkin təşkilatçısı kimi istifadə edildi.

USAİD-in ən biabırçı fəaliyyətlərindən biri Cənubi Amerikanın Şərq sahili boyu ölkələrində polis əməkdaşları üçün icra etdiyi təlimlər idi ki, həmin təlimlərdə polis əməkdaşlarına hətta işgəncə taktikası da öyrədilirdi. Ümumiyyətlə, müasir dövrümüzdə ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin 5-ci kolon funksiyasını yerinə yetirdiyinə dair əsaslı sübutlar var. Öz maraqlarına xidmət edən qüvvələri hakimiyyətə gətirərək dünyada hökmranlıq etmək istəyən ABŞ-ın sözügedən təşkilatının bir sıra ölkələrdəki fəaliyyəti dövlətlərin daxili işlərinə qarışdığı, siyasi qarşıdurmaları alovlandırmağa çalışdığı üçün dayandırılıb. Belə ki, 2005-ci ildə USAİD təmsilçiləri təxribatçı fəaliyyətə görə Eritreyadan qovulublar. Son 5 il ərzində Efiopiya, Rusiya Belarus öz ərazilərində USAİD nümayəndələrinin fəaliyyətini sonlandırıblar. Qeyd edək ki, 51 milyard dollardan artıq maliyyə ehtiyatları olan USAİD ABŞ vətəndaşlarının ödədikləri vergilər hesabına maliyyələşir. Rəsmi şüarı "Amerika xalqından" olan USAİD ölkələrdəki fəaliyyətini ABŞ əhalisi adından icra edir. Bununla belə, USAİD-in başqa ölkələrdəki fəaliyyətinə ABŞ-ın özündə kifayət qədər tənqidi münasibət mövcuddur. Bu tənqidlər bir çox hallarda ABŞ-a vergi ödəyicilərinin vəsaitlərinin israf edilməsi ilə bağlıdır. Üstəlik, USAİD-in layihələrinin həyata keçirilməsi zamanı indiyədək çoxlu sayda korrupsiya, vəsaitin mənimsənilməsi halları aşkar olunub. Görünür, ABŞ büdcəsinin mənimsənilməsi üçün qlobal miqyasda həyata keçirilən prosesin bir hissəsi vəsaitlərin maliyyə fırıldaqçılığı ilə xarici ölkələr üzərindən silinməsi yoluyla reallaşır.

 ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılan bu gün yardım adı altında bir çox ölkənin həyata keçirdiyi siyasətə müdaxilə edən USAİD Azərbaycanda fəaliyyətə 1991-ci ildən, ölkəmizin müstəqilliyini bərpa etdiyi ildən başlayıb. Hansı ki, o dövrdə Azərbaycan müasir tarixinin ən çətin, qarışıq, gərgin dövrünü yaşayırdı ölkə iqtisadiyyatı tamamilə çökmüşdü. Belə bir dövrdə ölkəmizin humanitar dəstəyə böyük ehtiyacı var idi. Belə ki, respublikanın zəngin potensialından, resurslarından dövlətin, xalqın mənafeyi üçün istifadə edilmir, ölkə gündən-günə bütün sahələrdə geriləyirdi. O dönəmlərdə ehtiyacı olan ölkələrə yardım göstərmək missiyasını həyata keçirən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinın ayrı-ayrı sahələrə yardım göstərməsi dövlətimiz tərəfindən qəbul edilirdi. Ölkəmizlə təşkilat arasında müxtəlif sahələrdə əlaqələr qurulsa, təhsil, səhiyyə bir sıra sosial sektorlar üzrə birgə layihələr reallaşdırılsa da, USAİD-in əsas məqsədi ölkəmizdə özünə dayaq nöqtələri yaradaraq anti-Azərbaycan fəaliyyəti həyata keçirməkdir. Radikal qüvvələrə siyasi sabitliyi pozmaq, ölkə ərazisində çaxnaşma yaratmaq planlarını reallaşdırmaq üçün maliyyə yardımı göstərən təşkilatın heç bir yardımına bu gün dövlətimizin ehtiyacı yoxdur. Belə ki, Azərbaycan yetərincə inkişaf etmiş dayanıqlı iqtisadiyyata malik ölkə olaraq dünyada baş verən proseslərə lazımi yardımlar etməyə, vəsaitlər ayırmağa qadirdir. Bu isə onu göstərir ki, ölkəmizdə USAİD kimi təşkilatların yardımına, fəaliyyətinə ehtiyac yoxdur.

Mehparə ƏLİYEVA,

"Respublika".