Urva kəndində anım mərasimi
Region

Urva kəndində anım mərasimi

Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsində qusarlı gənclər də qəhrəmanlıq və rəşadət nümunələri göstəriblər. Onlardan biri də Urva kəndində boya-başa çatan Arazov İkraməddin Qüdrət oğludur. O, Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə igidliklə vuruşmuş, burada qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. İgid döyüşçü ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına  əsasən “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Həmyerliləri İkraməddin Arazovu heç vaxt unutmur, xatirəsini həmişə əziz tuturlar. Bu günlərdə Urva kəndində şəhidin həlak olmasının ildönümü böyük ehtiramla qeyd olunub. Bu münasibətlə anım mərasimi keçirilib. Mərasimdə Qusar Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, rayonun idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin doğmaları və  ailə üzvləri iştirak etmişlər.

İldönümü mərasimi şəhidin məzarının ziyarəti ilə başlanmışdır. Tədbir iştirakçıları məzarın üzərinə gül dəstələri qoymuşlar. Şəhidin ruhuna dualar oxunmuşdur. Anım mərasimində iştirak edənlər igid döyüşçünün keçdiyi şərəfli həyat yolundan danışmış, ruhuna dərin ehtiramlarını ifadə etmişlər. Şəhidin ailəsi ziyarət olunub. Onlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etmişlər.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.