Ümumxalq Hüzn Gününə hazırlıq davam edir
Sosial həyat

Ümumxalq Hüzn Gününə hazırlıq davam edir

Xalqımızın ziyarətgahı olan Şəhidlər xiyabanı azadlığımız və müstəqilliyimiz naminə şəhid olan vətənpərvərlərin uyuduğu məkandır.

İki gündən sonra 1990-cı ilin 20 Yanvar faciəsinin 33-cü ildönümünü qeyd olunacaq. Faciənin ildönümü ilə əlaqədər Şəhidlər xiyabanında ciddi hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. Xiyabanda qərənfillərdən, gül-çiçəkdən xüsusi tərtibata və dekorasiyaya uyğun böyük həcmli 20 Yanvar kompozisiyası hazırlanıb. Bu işlərə təcrübəli mütəxəssislər, rəssam-dizaynerlər cəlb olunub.

Hazırlıq işlərinin yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

“Respublika”.