Ümummilli Liderin ideyaları təbliğ edilir
Siyasət

Ümummilli Liderin ideyaları təbliğ edilir

Ötən əsrin 90- illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər onların həlli yolları da yenilənməyə başladı.

Ümummilli liderimiz Heydər Əliyevin müdrik siyasəti sayəsində həyata keçirilən dövlət gənclər siyasəti ilə məqsədyönlü tədbirlər həyata keçirildi. Bu siyasətin davamı olaraq 1996- il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, respublikamızda gənclər forumunun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Respublikamızda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılıb uğurla həyata keçirilməsi məqsədilə 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu təsis olundu, 2018-ci ildə isə Gənclər Fondunun əsasında "Azərbaycan Respublikasının Gənclər Fondu" publik hüquqi şəxs yaradıldı.

Prezident İlham Əliyevin 2019-cu il tarixli Sərəncamına əsasən, ölkəmizin şəhər rayonlarında yaşayan gənclərin dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması fəaliyyətinin təmin edilməsi qərara alınıb.

Nümayəndəliklərimiz 4 istiqamət üzrə "Vətənpərvərlik dövlətçilik", "Şəxsi inkişaf karyera", "Könüllülük sosiallaşma", "Gənclərin maraqlarının öyrənilməsi" istiqamətlərində bir çox layihələr həyata keçirir. "Vətənpərvərlik dövlətçilik" istiqamətində keçirilən tədbirlər gənclərin vətənpərvər ruhda, dövlətçilik, azərbaycançılıq prinsipləri əsasında tərbiyə olunmasına yönəlib.

Möhtərəm Prezident İlham Əliyev tərəfindən 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi ilə bağlı GİKM-in Qəbələ nümayəndəliyi tərəfindən "Heydər Əliyev natiqlik" nitq çempionatı, "Heydər Əliyev gəncliyimiz", "Sən elə bir zirvəsən" adlı layihələr, "Heydər Əliyev kuboku" intellektual turnirlər digər yarışlar davamlı olaraq keçiriləcəkdir. Məqsədimiz təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğatını gücləndirmək daha da inkişaf etdirməkdir.

Teymur ALŞANOV,

Gənclərin İnkişaf Karyera

Mərkəzinin Qəbələ nümayəndəliyinin direktoru.