Ümummilli Lider və Azərbaycanın xarici siyasəti
Siyasət

Ümummilli Lider və Azərbaycanın xarici siyasəti

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin hər iki dövründə ölkədə təhsil sektorunun inkişafına, bütün sahələrdə milli kadrların yetişməsinə xüsusi diqqət qayğı ilə yanaşmışdır. Bu, ümummilli liderin rəhbərliyi ilə elm təhsil sahəsində həyata keçirilən genişmiqyaslı islahatlarda, verdiyi fərman sərəncamlarda öz təsdiqini tapırdı. Belə ki, 1970-80-ci illərdə Heydər Əliyevin göstərişi ilə hər il yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali təhsil müəssisələrində təhsil almağa göndərilirdi. O illərdə dahi liderin bu qayğısından öz nəsibini alan gənclərdən biri olmağımdan qürur duyuram.

Azərbaycan Respublikasının beynəlxalq aləmdə siyasi iqtisadi cəhətdən güclü dövlət olaraq nüfuza söz hüququna malik olmasında xalqın böyük oğlu ümummilli lider Heydər Əliyevin rolu əvəzedilməzdir. Heydər Əliyev hələ Sovet hakimiyyəti dövründə rəhbər vəzifələrdə olarkən Azərbaycanda 1993- ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra ölkədə  hüquqi dövlət quruculuğu sahəsində planlaşdırılmış, ardıcıl, sistemli islahatlara start verilmişdir. Ulu öndər Azərbaycanın xarici siyasətinin beynəlxalq əməkdaşlığın reallığına uyğunlaşdırılması üçün bir sıra mühüm tədbirlər həyata keçirdi.

Demokratik keçid dövrü hər bir dövlət üçün çətin prosesdir. Lakin Heydər Əliyev qeyri-adi peşəkarlığa dərin biliyə, geniş dünyagörüşə malik siyasətçi olduğundan bu keçid dövrünü Azərbaycan üçün maksimum səmərəli təhlükəsiz etməyə nail oldu. O, çox çətin bir siyasi dönəmdə - Sovet hakimiyyəti dağıldıqdan sonra Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin hökm sürdüyü, torpaqlarımızın işğal altında olduğu bir vaxtda üzərinə böyük məsuliyyət götürdü. Heydər Əliyev Azərbaycanın keçid dövrünü uğurla adlaması üçün uzaqgörən siyasət həyata keçirməyə müvəffəq oldu. Ümummilli liderin ən böyük amalı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi. Lakin bu çətin işin həyata keçirilməsi üçün ölkənin xarici siyasətində mühüm islahatlar aparılmalı idi. Ulu öndər 1994- ildə Ermənistan ilə atəşkəs imzaladı. Heydər Əliyev həmçinin dünyanın bir sıra böyük şirkətləri ilə Azərbaycanın neft qaz sektorunun inkişaf etdirilməsi üçün müqavilələr bağladı. Enerji layihələrinin inkişafı ilə yanaşı, Avropa dövlətləri Amerika Birləşmiş Ştatları ilə əlaqələr quruldu.

Geniş əməkdaşlıq əlaqələrinin qurulmasında əsas məqsəd Azərbaycanı dünya dövlətlərinə yalnız zəngin təbii ehtiyatlara malik dövlət kimi deyil, həmçinin Avropanın siyasi hüquqi mühitinə daxil olmaq istəyən dövlət kimi tanıtmaq idi.

Avropa məkanına səmərəli inteqrasiya üçün beynəlxalq siyasət ilə yanaşı, ölkədə daxili islahatların aparılması zəruri idi. Bunun üçün isə hüquqi baza formalaşmalı idi. İslahatların ilk mərhələsi Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu oldu. 1995-ci ildə müstəqil dövlətin ilk Konstitusiyasının referendum yolu ilə qəbul olunması nəticəsində hüquqi dövlətçiliyin demokratik dəyərlərin əsası qoyuldu. İnsan hüquq azadlıqlarını təsbit edərək ən yüksək norma standartların müəyyən edilməsi Azərbaycanın dünya dövlətləri xalqları ilə münasibətlərinin qurulmasında əsas prinsipləri bəyan etdi. Beləliklə, Konstitusiya beynəlxalq siyasətin yeni şərtlərinin Azərbaycan reallığına adaptasiyası üçün fundamental rol oynadı. Konstitusiyanın qəbul edilməsi, həmçinin ölkədə seçki sisteminin təkmilləşdirilməsinə, insan hüquq azadlıqlarının müdafiəsinin təmin edilməsinə, ədalətli məhkəmə hüquq sisteminin yaradılmasına, siyasi plüralizmin inkişafına, din vicdan azadlığının qorunmasına təkan verdi. Yeni məhkəmə-hüquq sistemi formalaşdırıldı.

8 iyul 1996- ildə Heydər Əliyev Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlıq barədə Fərman imzaladı. Bu Fərman Avropa Şurası ilə rəsmi münasibətlərin qurulmasına, eyni zamanda milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına imkan yaratdı. Bu, Azərbaycanın xarici siyasətinin inkişafına dəstək oldu. İnsan hüquqlarının azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı ratifikasiya etməklə, Azərbaycan Respublikası, həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasına qoşularaq hər bir vətəndaşının beynəlxalq məhkəməyə müraciət etmək hüququnu tanıdı. Azərbaycan Respublikasında həyata keçirilən köklü hüquq islahatları nəticəsində Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü oldu. Azərbaycan Respublikasının Avropa Şurasında həyata keçirdiyi xarici siyasət çərçivəsində Ermənistanın ölkəmizə qarşı aqressiv işğalçı siyasəti tarixi torpaqlarımızı işğal etməsi faktları beynəlxalq ictimaiyyətə çatdırıldı.

Azərbaycanın xarici siyasətinin müəyyən edilməsi uğurla həyata keçirilməsi Qərblə Şərqin kəsişməsində yerləşən Azərbaycanın gələcək həyatında mühüm rol oynamışdır. Regionda aparıcı dövlət statusunun saxlanılması milli maraqların  müdafiəsi üçün Azərbaycan Qərblə, İslam ölkələri Türk dünyası  ilə əməkdaşlığını inkişaf etdirir. Bu nailiyyətlər ümummilli lider Heydər Əliyevin  siyasi kursunun məntiqi nəticəsidir. Bu siyasi iradə Azərbaycan Prezidenti İlham Əliyev  tərəfindən uğurla davam etdirilirÖlkəmizdə həyata keçirilən siyasət sülh, beynəlxalq hüquqa hörmət, dövlətlərin müstəqilliyi, qarşılıqlı əməkdaşlıq  ərazi toxunulmazlığı əsasında qurulur.

Heydər Əliyev kursunun davam inkişaf etdirilməsi  Qarabağ münaqişəsinin ədalətlə həll edilməsində əvəzedilməz rol oynadı. İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət 30 ilə yaxın  işğal altında olan torpaqlarımızın azad olunmasına gətirib çıxardı. Bu qələbə ədalətin bərqərar olunmasına,  1 milyona yaxın məcburi köçkünün doğma  yurd-yuvasına qayıtmasına səbəb olan  bir qalibiyyətdir.

Bu gün Azərbaycan beynəlxalq aləmdə öz tərəfdaşlarını seçməkdə  əməkdaşlıq qurmaqda  regionda müstəqil xarici siyasət  yürüdürMüstəqil dövlətimiz Türkiyə ilə səmərəli  əməkdaşlıq həyata keçirirHeydər Əliyevin təbirincə desək, "Bir millət, iki dövlətolaraq Türkiyə-Azərbaycan  dostluğu qardaşlığı regionda sabitliyin daha da  möhkəmlənməsinə gətirib çıxarmışdır.

Heydər Əliyevin davamçısı, peşəkar uzaqgörən siyasətçi İlham Əliyevin həyata keçirdiyi uğurlu  siyasət Azərbaycan Respublikasının inkişafına xalqımızın rifahına xidmət edir.

Nazim NƏRİMANOV,

Suraxanı Rayon İcra Şöbəsinin rəisi,

ədliyyə müşaviri.