Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə  ağacəkmə kampaniyası
Ekologiya

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə  ağacəkmə kampaniyası

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) "bp Azərbaycan" şirkətinin vitse-prezidentlərinin, həmçinin "Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü"nün (CEPI) icra komitəsinin sədrinin üzvlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə kampaniyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə SOCAR-ın vitse-prezidenti, CEPI icra komitəsinin sədri Rəfiqə Hüseynzadə Ümummilli Liderin ölkəyə rəhbərlik etdiyi dövrlərdə ətraf mühitin mühafizəsi məsələlərinə böyük diqqətlə yanaşıldığını, paytaxtla yanaşı, regionlarda yaşıllaşdırma işlərinə xüsusi əhəmiyyət verildiyini vurğulayıb. Rəfiqə Hüseynzadə Ulu Öndərin ətraf mühitə olan qayğısının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Tədbirdə iştirak edən bp-nin Xəzər Yaxın Şərq regionu üzrə kommunikasiyalar xarici əlaqələr üzrə vitse-prezidenti, CEPI icra komitəsinin üzvü Bəxtiyar Aslanbəyli bu cür yaşıllıq zolaqlarının salınmasının ətraf mühitin mühafizəsi istiqamətində şirkətlərimiz tərəfindən götürülən öhdəliklərin icrası istiqamətində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023- ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında müvafiq Sərəncamı çərçivəsində SOCAR bp şirkətlərinin birgə təşkilatçılığı ilə ümumilikdə 1513 ağac gül kollarından ibarət ayrıca yaşıllaşdırılmış ərazi salınıb.

CEPI öz fəaliyyətinə 2020-ci il sentyabrın 14- Bakı şəhərində "Xəzər Regionunun Ətraf Mühitinin Mühafizəsi Təşəbbüsü"nün (Caspian Environmental Protection Initiative - CEPI) yaradılmasına dair SOCAR, "KazMunayGaz", bp, "Total E&P Absheron B.V." "Equinor Absheron AS" şirkətləri arasında Anlaşma Memorandumunun imzalanması ilə başlayıb. 2021-ci ildə CEPI üzvlərinin təşəbbüsü ilə SOCAR bp şirkətlərinin birgə təşkilatçılığı ilə Sərəncə Təhlükəli Tullantılar Poliqonun ətrafında yaşıllaşdırma işlərinə start verilib. Neft-qaz əməliyyatları zamanı yaranan tullantıların idarə olunması sahəsində iqlim şəraitinin yumşaldılması, ekoloji tarazlığın bərpası istiqamətində müvafiq işlərin görülməsi məqsədilə burada yeni meşə zolağı salınıb. Ümumilikdə iki il ərzində 4109 ağac gül kolları əkilərək, ərazidə yaşıllaşdırma işlərinin təməli qoyulub.