Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş onlayn elmi-praktik konfrans
Elm və təhsil

Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş onlayn elmi-praktik konfrans

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuşİşğaldan azad edilmiş ərazilərdə ekoloji vəziyyətin aqrar sahəyə təsiri, problemlər perspektivlərmövzusunda onlayn elmi-praktik konfrans keçirilib.

Konfransda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov əlamətdar günün əhəmiyyətini işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpa olunmasının vacibliyini diqqətə çatdırıb.

Bildirilib ki, konfransın məqsədi ətraf mühitin mühafizəsinə diqqət çəkməklə Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2020-ci il tarixində imzaladığı ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə onların ilkin qiymətləndirilməsi ilə bağlı tapşırıqların da qeyd olunduğuAzərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqındaFərmanına uyğun olaraq həmin ərazilərdə ekoloji vəziyyətin qiymətləndirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair təkliflərin verilməsindən ibarətdir.

Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili monitorinqi şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru İmran Cümşüdov, Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Firuddin Tağıyev, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Heyvan Sağlamlığı şöbəsinin müdir müavini Ceyhun Əliyev, Gəncə Dövlət Universitetinin Ekologiya kafedrasının müdiri Sevda Əhmədova, AMEA-nın Gəncə Bölməsinin aparıcı elmi işçisi Elşad Məmmədov, ADAU-nun Ekologiya kafedrasının müdiri Musa Bayramov, ADAU-nun Ekologiya kafedrasının əməkdaşı Günay Abbasova, ADAU-nun Ekologiya kafedrasının əməkdaşı Mədinə Abışova ADAU İnnovasiyalar Mərkəzinin idarəetmə üzrə koordinatoru Elvin Ağayev məruzə ediblər, suallar ətrafında müzakirələr aparılıb.

Məruzələr əsasən işğaldan azad edilmiş ərazilərdə təbii resursların ekoloji durumu, kənd təsərrüfatı sahəsinin elmi kadr təminatı, işğaldan azad olunmuş ərazilərdə təbii resurslardan səmərəli istifadənin sosial-iqtisadi ekoloji əsasları, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası inkişafı, Ağdam rayonunun aqrar potensialı məsələlərini əhatə edib.

Zabit XƏLİLOV,

Respublika”.