Ulu Öndərin zəngin dövlətçilik irsi
Siyasət

Ulu Öndərin zəngin dövlətçilik irsi

Ümummilli lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi zəngin dövlətçilik irsi həyat fəlsəfəsi hələ uzun müddət diqqət mərkəzində olacaq. Çünki ulu öndərin həyat yaradıcılıq fəlsəfəsi öz xalqına həmişə sədaqətlə xidmət etmək, Azərbaycan Respublikasını müstəqil bir dövlət kimi formalaşdırmaq onu dinamik inkişaf yoluna qoymaq olmuşdur. Məhz Heydər Əliyevin həyat yaradıcılıq yoluna nəzər saldıqda ulu öndərin fəaliyyətinin ilk dövründən başlayaraq ömrünün sonuna kimi gördüyü işlərin bu fəlsəfəni həyata keçirmək məqsədi daşıdığının şahidi oluruq. Ona görə Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ etmək, ondan hərtərəfli yararlanmaq bugünkü gələcək nəsillərin qarşısında duran ən vacib aktuallığını heç vaxt itirməyən məsələdir.

Ötən əsrin 90- illərinin əvvəlində müstəqilliyini bərpa edən Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistanın təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqın təkidli xahişi ilə ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək dövlətçiliyini itirmək təhlükəsindən xilas edərək dövlətin dayanıqlı siyasi iqtisadi inkişaf yolunu müəyyən etmişdir. Türkiyə ilə Azərbaycan "bir millət, iki dövlətdir" deməklə dahi siyasətçi Heydər Əliyev türkdilli dövlətlərin hazırkı sıx birliyinin təməlini qoymuşdur. Prezident İlham Əliyevin 2023- ilin "Heydər Əliyev İli" elan etməsi barədə imzaladığı Sərəncam Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları türkdilli xalqlar tərəfindən böyük rəğbət ruh yüksəkliyi ilə qarşılanır. 2023- ilin "Heydər Əliyev İli" kimi qeyd edilməsi ümummilli liderimizin əziz xatirəsini böyük coşqu ilə yad etmək əbədiləşdirmək istiqamətində həyata keçirilən ən mühüm tədbirlərdən biridir.

Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993- il iyunun 15- ölkənin Ali qanunverici orqanının sədri, bir neçə ay sonra isə, yəni oktyabrın 3- ümumi səsvermə yolu ilə xalqın böyük dəstəyini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu. Bu gün siyasi baxışlarından asılı olmayaraq mütləq əksəriyyət etiraf edir ki, respublikamızın müstəqilliyinin ilk illərində üzləşdiyi problemlərin həlli məhz Heydər Əliyevin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu.

Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətə başladığı ilk günlərdən Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində 1994- il mayın 12- atəşkəsə nail olundu. Bundan sonra ölkədə siyasi iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Onun rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı 1996- ildən inkişaf başladı. Təbii ki, bütün bunlar elə asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən bəzi daxili xarici anti-Azərbaycan qüvvələr 1994 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan dövlətinin xalqının, onun liderinin əleyhinə yönəlmiş bu qanunazidd hərəkətlərin separatizm əməllərinin qarşısı Heydər Əliyevin düşünülmüş uzaqgörən siyasəti sayəsində vaxtında yüksək peşəkarlıqla alındı. Heydər Əliyev müstəqil suveren Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı, xarici siyasətini formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı.

Ümummilli liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərilə xoşniyyətli əlaqələri yaradılaraq möhkəmləndi respublikamıza uğur gətirdi. Azərbaycan həm Rusiya həm ABŞ Avropa ölkələri ilə yaxın qonşuluq, dostluq strateji tərəfdaşlıq münasibətləri yaratmağa nail oldu. Türkiyə ilə "bir millət-iki dövlət" prinsipi əsasında əlaqələr daha da möhkəmləndi. Siyasi sabitlik əldə edildikdən tərəfdaş ölkələrlə əlverişli əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən neft strategiyası işlənib hazırlandı həyata keçirilməyə başlandı. Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının işlənməsi ilə bağlı "Əsrin müqaviləsi" imzalandı. Azərbaycanın enerji resurslarını dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan Bakı-Tbilisi-Ərzurum neft qaz kəmərlərinin tikintisinə başlandı.

Ulu öndər Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm ölkənin ictimai-siyasi, sosial-iqtisadi mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmasını təmin etdi. Azərbaycan xalqı dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyət olduğunu sübut etdi. Xalqımız isə ulu öndəri özünün ümummilli lideri elan edərək onunla daim fəxr etdiyini bildirir. Heydər Əliyev Azərbaycan dövləti xalqı qarşısındakı xidmətlərini izah edərkən demişdir: "İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız sizə - bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü iradəmi yalnız müdrik qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib bütün uğurlarımı təmin edib. Mən öz mənalı həyatımın düz 60 ilini xalqımın bu günü sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib". Ümummilli liderimiz Heydər Əliyevin bu müdrik kəlamları Onun müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə fəaliyyətinin manifestidir. XX əsr dünya tarixinin parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əbədi abidə ucaldan ulu öndərimiz Heydər Əliyev həm müstəqil Azərbaycanın inkişaf strategiyasının müəllifi kimi böyük ehtiramla anılır.

Müasir Azərbaycanın memarı qurucusu dahi Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaqdır. Heydər Əliyevin Azərbaycan xalqına dövlətçiliyinə bütün ömrü boyu şərəflə xidmət etməsi həm onunla təsdiq olunur ki, bu dahi şəxsiyyət 2003- ildə Azərbaycanda prezident seçkiləri ilə əlaqədar xalqa müraciətində özünün uzun illər formalaşdırdığı möhtəşəm siyasi kursu uğurla davam etdirə biləcək ünvanı dəqiq göstərməsidir. Həmin müraciətdə deyilir: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini iqtisadiyyatını gözəl bilən, enerjili təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram gələcəyinə böyük ümidlər bəsləyirəm".

Ulu öndərin bu tarixi müraciətindən keçən iyirmi il onun dediklərinin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev ümummilli liderin layiqli varisi olduğunu Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.

Bünövrəsi ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası artıq iyirmi ildir ki, Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur ölkəmiz beynəlxalq aləm dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə isə 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan ordusunun Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan bu qələbə Azərbaycan dövlətçilik müharibə tarixinə qızıl hərflərlə yazıldı. Çünki bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin etdi, Ermənistanın uzun sürən işğalçılıq siyasətinə son qoydu Azərbaycan Respublikası vətəndaşlarının dünya azərbaycanlılarının əyilməz qürurunu özünə qaytardı.

Hazırda işğaldan azad olunmuş əzəli Azərbaycan ərazilərinə Böyük Qayıdışla əlaqədar ölkəmiz tamamilə yeni bir dövrə qədəm qoyur. Bu mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji vəzifə həmin ərazilərin ölkə iqtisadiyyatına sürətli inteqrasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədlə ölkə başçısının tapşırıqlarına uyğun olaraq işğaldan azad olunan ərazilərin minalardan təmizlənərək bərpa yenidənqurma işlərinə başlamaq, o cümlədən sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, rasional məskunlaşma siyasətinin həyata keçirilməsi bununla da doğma yurduna qayıdan vətəndaşlarımıza layiqli yaşayış işgüzar fəaliyyət üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur. Artıq bu istiqamətdə dövlət başçısının nəzarəti altında konkret işlər görülür xeyli sayda həyati vacib obyektlər istifadəyə verilib. Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Zəngilan rayonun Ağalı kəndində təməli qoyulan ilk "ağıllı kəndilk sakinlərini qəbul etmişdir. Şübhəsiz ki, bu ərazilərdə aparılan bərpa yenidənqurma işləri ölkəmizdə iqtisadiyyatın, xüsusilə aqrar sektorun, yeraltı sərvətlərin istifadəsi, turizmin digər sahələrin inkişafına güclü təkan verəcək, respublikamızın daha qüdrətli bir diyara çevrilməsinə öz töhfəsini verəcəkdir.

Rövşən QULİYEV,

Beyləqan Rayon Statistika İdarəsinin rəisi.