Ulu Öndər və multikultural dəyərlər
Siyasət

Ulu Öndər və multikultural dəyərlər

Azərbaycan tarixin ən qədim dövrlərindən bu günədək müxtəlif dinlərin, etnik qrupların məskunlaşdığı multikultural məkan olmuşdur. Dinindən, dilindən, milliyyətindən asılı olmayaraq insanlar arasında bərabərlik, bir-birinin adət ənənələrinə hörmətlə yanaşma prinsipləri əsrlər boyu inkişaf etmiş, Azərbaycanın dövlətçilik ideyalarını daha da zənginləşdirmişdir. Dinlərarası vahid tolerant münasibətlərin formalaşması isə ölkədə azərbaycançılıq ideyalarının inkişaf etməsinə əsaslı zəmin yaratmışdır. Xalqın təkidli xahişi ilə Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas etmək üçün uzaqgörənliklə yeni inkişaf strategiyasını irəli sürdü. Gələcək inkişafın əsasını iqtisadi tərəqqi ilə yanaşı, həm multikultural dəyərlər əsasında izah edərək bildirdi: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətləndiririk qoruyub saxlayacağıq".

Azərbaycançılıq ideologiyası özündə tolerant münasibəti ehtiva edir. Ümummilli lider Heydər Əliyevin göstərişi ilə onun rəhbərliyi dövründə hazırlanan bütün hüquqi əhəmiyyətə malik olan sənədlərdə, Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə yaşayan milli, etnik, dini azlıqların hüquq bərabərliyinin qorunması tam şəkildə öz əksini tapdı. Dövlətin əsas qanunu olan bu sənəd dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşlarının eyni hüquqlara malik olmasını təmin etdi. Ulu öndər Heydər Əliyev multikulturalizmin əsas bazasının azərbaycançılıq olduğunu bildirərək qeyd etdi ki, Azərbaycan onun ərazisində yaşayan bütün millət xalqların ümumi vətənidir. Ərazimizdə yaşayan azərbaycanlı, ləzgi, avar, kürd, talış, udin, kumık da bütünlükdə hamısı azərbaycanlıdır. Ümummilli lider Heydər Əliyev bütün rəhbərliyi dövründə multikulturalizm siyasətinə üstünlük vermiş, onu dünya miqyasında həyata keçirmək üçün BMT, ATƏT, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə üstünlük vermişdi. Bu səbəbdən ölkəmiz insan hüquqları milli azlıqların müdafiəsi ilə bağlı olan bir çox beynəlxalq konvensiyalara qoşulmuşdu.

Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası" Azərbaycan hökuməti tərəfindən 1995-ci il fevralın 1- imzalanmış 2000-ci il 16 iyun tarixli Qanunla ratifikasiya edilmişdir. İndi hər beş ildən bir Azərbaycan Respublikası "Milli azlıqların müdafiəsi haqqında Çərçivə Konvensiyası" üzrə üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Avropa Şurasına hesabat təqdim edir. Ümumiyyətlə, ulu öndər Heydər Əliyev multikulturalizmi azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi təqdim etməklə, Azərbaycanda multikulturalizm siyasətinin əsasını qoymuşdur. Hazırda bu siyasəti Azərbaycan Respublikası Prezidenti İlham Əliyev uğurla davam etdirir. İndi Azərbaycan Respublikası bütün dünyada multikulturalizm siyasətinin həyata keçməsinə töhfələr verən ən qabaqcıl ölkələrdən biridir.

Milli azlıqların hüquqları 1990- il iyunun 29-da qəbul edilmiş ATƏT-in İnsan meyarı Konfransına dair Kopenhagen Müşavirəsinin sənədində belə müəyyənləşdirilmişdir: "Milli azlıqlara mənsub şəxslərin öz etnik mədəniyyət, dil, yaxud din özünəməxsusluğunu azad surətdə ifadə etmək, qoruyub saxlamaq inkişaf etdirmək, öz iradəsinin əksinə olaraq, heç bir assimilyasiya təşəbbüsünə məruz qalmadan bütün cəhətləriylə öz mədəniyyətini azad surətdə dəstəkləmək onu inkişaf etdirmək hüquqları var. Xüsusilə onlar aşağıdakı hüquqlara malikdirlər: şəxsi ictimai həyatda öz ana dilindən azad surətdə istifadə etmək; milli dövlət qanunvericiliyinə uyğun olaraq könüllü maliyyə yardımını digər yardımları, eləcə dövlət dəstəyi axtara biləcək xüsusi təhsil, mədəniyyət dini müəssisələrini, təşkilat ya assosiasiyalarını yaratmaq dəstəkləmək; öz dininə etiqad etmək, o cümlədən dini materialı əldə etmək, ona sahib olmaq, ondan istifadə etmək öz ana dilindəki təhsil sahəsində dini fəaliyyəti həyata keçirmək; öz ölkəsinin hüdudları daxilində öz aralarında, eləcə digər dövlətlərin ümumi etnik ya milli mənşəyi, mədəni mirası ya dini etiqadı olan vətəndaşları ilə maneəsiz əlaqələr qurmaq əlaqələri davam etdirmək; öz ana dilində məlumatı yaymaq, ondan istifadə yoluna malik olmaq məlumat mübadiləsi etmək; öz ölkəsinin hüdudları daxilində təşkilatlar, yaxud assosiasiyalar yaratmaq dəstəkləmək, beynəlxalq qeyri-hökumət təşkilatlarının fəaliyyətində iştirak etmək.

Azərbaycan isə hələ qədim dövrlərdən multikultural bir ərazi olmuşdur. Burada yaşayan müxtəlif konfessiyaların, etnik birliklərin dostluq mehribançılıq münasibətləri tarixin qədim dövrlərindən formalaşmışdır. Məhz bu səbəbdən Azərbaycan xalqının çoxəsrlik multikultural dəyərlərinə əsaslanaraq ölkə Prezidenti İlham Əliyev "Bu gün multikulturalizmin dünyada alternativi yoxdur", - bəyanatı ilə çıxış etmişdir.

Başqa dövlətlərdən fərqli olaraq "İlkin müxtəliflik" Azərbaycanda özünü göstərən nadir xüsusiyyətlərdəndir. Buna görə Qərb ölkələrindən fərqli olaraq Azərbaycan Respublikasında multikulturalizm dövlət siyasəti kimi davamlı şəkildə həyata keçirilir.

Azərbaycanda multikulturalizmin əhəmiyyəti nəzərə alınaraq 11 yanvar 2016- il ölkə Prezidentinin Sərəncamı ilə "Multikulturalizm İli" elan edilmişdir. 11 mart 2016- ildə isə "Multikulturalizm İli" ilə əlaqədar olaraq tədbirlər planı təsdiq olunmuşdur.

Tədbirlər planında qeyd olunmuşdur ki, bu tədbirlərin həyata keçirilməsi Azərbaycan multikulturalizm modelinin elmi cəhətdən öyrənilməsinə, təkmilləşdirilməsinə ölkə əhalisi, xüsusilə gənclər arasında yayılmasına, Azərbaycanda yaşayan bütün xalqların, etnik qrupların dini konfessiyaların nümayəndələri arasında dostluq əməkdaşlıq münasibətlərinin daha da güclənməsinə, onların yaşadıqları cəmiyyətə inteqrasiya olunmasına, Azərbaycanın dünyanın əsas multikulturalizm mərkəzindən biri kimi tanınmasına müxtəlif ölkələrdə mövcud olan mütərəqqi multikulturalizm modelinin ölkəmizdə təbliğ təşviq edilməsinə yönəlmişdir.

Prezident İlham Əliyevin multikulturalizm siyasətinə yüksək qiymət verməsi ölkənin daxili siyasəti ilə yanaşı, xarici siyasətində özünü büruzə verir. Ardıcıl olaraq ölkəmiz dünyada mədəniyyətlər sivilizasiyalararası dialoqun təşviq olunmasına həsr olunmuş bir çox beynəlxalq forumlara, konfranslara evsahibliyi edir. Məsələn, 2011-ci ildən indiyədək Bakıda Ümumdünya Mədəniyyətlərarası dialoqun dörd forumu təşkil olunmuşdur. Bakı Beynəlxalq Humanitar Forumları Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirilmişdir.

Beləliklə, multikulturalizm siyasətinin meydana gəldiyi bir sıra Avropa dövlətlərinin (Almaniya, Böyük Britaniya Fransa) başçıları bu siyasətin ölkələrində iflasa uğradığını bəyan etdikləri bir dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizm siyasətinin müasir dövrdə cəmiyyətdəki etnik, irqi, dini mədəni müxtəlifliklərin tənzimlənməsində ən mütərəqqi optimal olduğunu qeyd edir onun təbliği, təşviqi istiqamətində çox böyük işlər həyata keçirir. Avropada multikulturalizmə münasibətdə artan inamsızlığa təəssüf hissilə yanaşan Prezident İlham Əliyev deyir: "Bəzi bəyanatlar bizi məyus edir ki, multikulturalizm iflasa uğradı, multikulturalizmin gələcəyi yoxdur. Bu, çox təhlükəli bəyanatdır. Qeyd etməliyəm ki, multikulturalizmin müasir dünyada alternativi yoxdur. Çünki dünya ölkələrinin mütləq əksəriyyəti çoxmillətli ölkələrdir. Əgər multikulturalizm iflasa uğrayıbsa, onda bunun alternativi ola bilər? Bu da çox aydındır. Bu ayrı-seçkilikdir, irqçilikdir, ksenofobiyadır, islamofobiyadır, antisemitizmdir".

Azərbaycan xalqının multikulturalizm ənənələrinə gəlincə isə, multikulturalizm miqrantların onları qəbul edən cəmiyyətə inteqrasiyası zərurətinin nəticəsi olduğu Qərbi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda multikulturalizm bu qədim torpağın bütün sakinlərinin tarixən dəstəklədikləri həyat tərzidir. Etnik tolerantlıq dini dözümlülük həm keçmiş, həm indiki sakinlərin inanclarının uzun müddət yanaşı olmasının nəticəsidir. Bu səbəbdən etnik, milli, dini müxtəliflik Azərbaycan dövlətinin möhkəm güc bazasıdır. Bu fikir artıq qalibiyyətlə nəticələnən İkinci Qarabağ müharibəsində özünün təsdiqini tapdı. Burada yaşayan ruslar, ləzgilər, talışlar Vətən uğrunda gedən müharibəyə qoşuldular qəhrəmanlıqlar göstərdilər.

Hüquqi dövlət quruculuğu yolu ilə gedən Azərbaycan Respublikasında bütün xalqlar milli azlıqlar qardaşlıq dostluq ailəsində yaşayırlar. Əsrlər boyu Azərbaycanda mehriban, dinc yanaşı yaşama şəraitində yaşayan xalqlar, ölkəmiz müstəqilliyi bərpa etdikdən sonra, daha geniş hüquq azadlıqlar əldə etdi, bütün çətinlikləri maneələri azərbaycanlılarla birgə dəf edərək, bugünkü inkişafımıza öz töhfələrini verdilər.

1985-ci ildə isə sovet dövlətində Mixail Qorbaçovun hakimiyyətə gəlməsi ilə ölkədə millətlərarası qarşıdurmalara rəvac verildi. Ermənistan ölkəmizə qarşı ərazi iddiaları qaldırdı. Ermənilərin Qarabağın dağlıq hissəsində separatçılıq hərəkətləri Ermənistanın təcavüzkar siyasətinə çevrildi. Bu səbəbdən Azərbaycanda milli azadlıq hərəkatı meydana gəldi bütün xalq öz vətənini təcavüzdən qorumaq üçün ayağa qalxdı.

18 oktyabr 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə azərbaycançılıq ideyası tarixində tamamilə yeni bir mərhələ başlandı.

Multikulturalizm siyasəti azərbaycançılığın sosial bazasını daha da möhkəmləndirir, bu ideologiyanın ölkədə yaşayan bütün xalqların siyasi, iqtisadi, sosial mədəni yüksəlişini təmin edir. Ulu öndər Heydər Əliyev multikulturalizmi Azərbaycançılıq ideologiyasının tərkib hissəsi kimi Azərbaycan cəmiyyətinə təqdim etdi. O, siyasi hüquqi sahələrdə multikulturalizmin dil milli xüsusiyyətlərini sənədlərlə təsdiqlədi. Buna görə ulu öndər həm Azərbaycan multikulturalizminin siyasi banisi hesab olunur.

Fazilə HÜSEYNLİ,

ADPU-nun Fəlsəfə sosial elmlər

 kafedrasının baş müəllimi.