Ulu Öndər Heydər Əliyevin xatirəsi Kəlbəcərdə anılıb
Digər xəbərlər

Ulu Öndər Heydər Əliyevin xatirəsi Kəlbəcərdə anılıb

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Hərbi Prokurorluqdan verilən məlumatda bildirilir ki, tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin şəhidlərin xatirələri bir dəqiqəlik sükutla anılıb.

Mərasimdə çıxış edən Hərbi prokurorun böyük köməkçisi, Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Hərbi Prokurorluğun Sənədlərlə müraciətlərlə işin təşkili şöbəsinin rəisi, ədliyyə polkovniki Nihad Şıxəliyev əvvəlcə Baş prokuror Kamran Əliyevin Hərbi prokuror Xanlar Vəliyevin salamlarını şəxsi heyətə çatdırıblar. Bundan sonra həmin şəxslər, eləcə Kəlbəcər hərbi prokuroru, ədliyyə polkovniki Mahir Bayramov, polkovnik Oruc Abdullayev, mayor Anar Quliyev Ulu Öndər Heydər Əliyevin şərəfli mənalı ömründən, xalqın rifahının yüksəldilməsində müstəsna xidmətlərindən dünya siyasətinə verdiyi töhfələrdən bəhs ediblər.

Çıxış edənlər, eyni zamanda Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ilə yaxın müddət ərzində ölkəmizdə görülmüş misilsiz işlərdən, əldə olunmuş uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşmasından, bu uğurların əldə olunmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyindən xalqın əzmkarlığından danışıblar.

Həmçinin Vətən müharibəsindən, o dövrdə Prokurorluğun, o cümlədən Hərbi Prokurorluğun Silahlı Qüvvələrlə qarşılıqlı səmərəli fəaliyyətindən bəhs edilib, qürur dolu 44 günün unudulmaz təəssüratları xatırlanıb.

Ü.VAHİDOĞLU,

Respublika”.