“ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR” adlı tədbir
Region

“ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN İRSİ MİLLİ SƏRVƏTİMİZDİR” adlı tədbir

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirovun, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Vəliyəddin İsmayılovun, RİH-nin məsul əməkdaşlarının, idarə və müəssisə rəhbərlərinin, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə “Ulu öndər Heydər Əliyevin irsi milli sərvətimizdir” mövzusunda görüş keçirilmişdir.Kəlbəcər rayon Mədəniyyət Sarayında keçirilən tədbirdə,  ilk öncə ulu öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev ümummilli liderin xalqımız və vətənimiz qarşısındakı misilsiz xidmətlərindən əhatəli söz açıb.Bildirib ki, məhz ulu öndər Heydər Əliyev xalqın ən çətin dövründə xilaskarlıq missiyasını üzərinə götürərək xalqını və dövlətini bəlalardan qurtarmış, ictimai-siyasi sabitliyi bərpa etmiş, güclü iqtisadi dayaqlar yaratmış, ölkənin hərtətəfli inkişafına nail olmuşdur.

Daha sonra çıxış edən YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon Ağsaqqallar şurasının sədri Vəliyəddin İsmayılov və digərləri ulu öndərin tarixi xidmətlərindən söz açmış, müasir, müstəqil Azərbaycanın qazandığı hər bir uğurun təməlində ulu öndərin duhasının,onun siyasətinin durduğunu bildirmişlər. Qeyd etmişdirlər ki, nə qədər Azərbaycan var ümummilli lider Heydər Əliyev var və onun əbədiyaşar ideaları Azərbaycanımızı daha da gücləndirəcək, xoşbəxt gələcəyə aparacaqdır.

                                      Zabit XƏLİLOV,

                                      “Respublika”.