Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası dövlətçilik məfkurəmizin əsasıdır
Siyasət

Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyası dövlətçilik məfkurəmizin əsasıdır

XX əsr Azərbaycan tarixinin ən görkəmli siması olan Heydər Əliyev bu tarixin həm ən şərəfli səhifələrinin müəllifidir. Ulu öndər dövlət idarəçiliyinin hər bir mərhələsində vətəninə, xalqına sonsuz məhəbbət sədaqət hissi ilə yanaşıb, milli ideallara qırılmaz tellərlə bağlı olub. Ümummilli lider Heydər Əliyev unikal bir siyasi məktəbin, mükəmməl dövlətçilik idarəçilik sisteminin banisi, milli inkişafı şərtləndirən strategiyanın müəllifi kimi Azərbaycan xalqının qəlbində əbədiyaşarlıq qazanıb.

Bu il Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023- il Azərbaycanda "Heydər Əliyev İli" elan olunmuşdur. Əlbəttə ki, bu qərar, ilk növbədə, xalqın iradəsinin ifadəsi öz xilaskar oğluna olan əbədi sevgisinin, əziz xatirəsinə sonsuz ehtiramın ən bariz təcəssümüdür.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illər iki fərqli tarixi dövrə təsadüf edir. Həm bu dövrlərin fərqliliyi təkcə zaman kəsiyi səbəbilə deyil, eyni zamanda da ölkənin mövcud olduğu müxtəlif, daha dəqiq desək, antoqonist ictimai-siyasi formasiyaların mahiyyətlərindəki ziddiyyətlər əsasında formalaşmışdı. Bununla belə, ulu öndər Heydər Əliyevin fəaliyyəti hər iki dövrdə bilavasitə Azərbaycan xalqının maraqlarına xidmət etmiş nəticə etibarı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurulması üçün dayanıqlı əsasların yaradılmasını təmin etmişdir. 1969-cu ilin iyul ayında keçirilmiş Azərbaycan KP MK-nın plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Əslində həmin plenumu tarixi önəm kəsb edən hadisə kimi dəyərləndirmək lazımdır. Çünki məhz o gündən sonra Azərbaycan SSR yeni, iqtisadiyyatının bütün sahələrində dinamik inkişafın müşahidə olunduğu bir dövrə qədəm qoydu. Respublikada iqtisadi inkişafa doğru ciddi dönüş əldə edildi, elmi, texniki ədəbi-mədəni intibahın əsası qoyuldu. Məhz həmin dövrdən başlayaraq ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün əsaslı zəmin hazırladı. Beləliklə, hələ sovet dönəmində Azərbaycanda milli müstəqilliyə etibarlı bünövrə formalaşdıran ulu öndər əlverişli sosial-iqtisadi, hüquqi mənəvi-intellektual mühit yaradaraq, bu möhkəm bünövrə üzərində xalqın illər sonra azadlıq, istiqlaliyyət müstəqillik ideallarına qovuşmasını təmin etdi. Birmənalı olaraq vurğulamaq lazımdır ki, məhz 1969-1982-ci illər respublikada ictimai-siyasi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklərin miqyasına görə Azərbaycanın şanlı inkişaf quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir.

Əlbəttə ki, müstəqillik ideyasının əsasında duran vacib hərəkətverici qüvvələrdən biri milli ideologiya amilidir. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, ulu öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, itirilməkdən xilas etmişdir. Milli-mənəvi dəyərlərimizə qayıdışın milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider Heydər Əliyev bu sahədə inqilabi addımların atılmasına zəmin yaratmışdır. Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın deyil, həm dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə milli dəyərlər sisteminə ən yüksək dəyər verən ulu öndər deyirdi: "Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik". Məhz bu mənada, 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə Heydər Əliyev tərəfindən siyasi-ideoloji müstəvidə görülən işlər milli inkişaf həmrəyliyimizin təminatçısı qismində çıxış etmişdir. Milli-ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə ulu öndərin təşəbbüsü gərgin səyləri sayəsində Azərbaycan SSR-in Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir" maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi təbliği baxımından mühüm tarixi əhəmiyyətə malik addım oldu.

Hər hansı ölkənin öz müstəqilliyini qoruyub saxlaya bilməsi üçün güclü ordunun varlığını müstəsna amil kimi dəyərləndirən ulu öndər çıxışlarının birində demişdir: "Biz müstəqil dövlətik. Müstəqil dövlətin özünəməxsus qüdrəti olmalıdır. Bu qüdrətin əsasını xalq onun bir hissəsi olan ordu təşkil edir".

Ümummilli lider Heydər Əliyev ordu quruculuğu üçün baza hazırlanması istiqamətində hələ sovet dönəmində atdığı addımlarla bugünkü silahlı qüvvələrimizin əsasını qoyub. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş ulu öndər qarşıya çıxan bütün çətinlik maneələrə rəğmən, 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasına nail olmaqla bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına yol açdı. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu öndər hərbi xidmətin hər bir azərbaycanlı gəncin ən şərəfli vəzifəsi olduğunu daim diqqət mərkəzinə çəkirdi: "Mən arzu edirəm ki, hər bir Azərbaycan gənci Azərbaycan ordusunda xidmət etməyi özünün müqəddəs vəzifəsi kimi qəbul etsin. Orduda xidmət etməyən gənc cəmiyyətdə böyük hörmət qazana bilməz. Cəmiyyətdə, gələcək həyatda hörmət qazanmaq istəyən gənc gərək mütləq, mütləq əsgərlik borcunu yerinə yetirsin. Əsgərlik borcunu yerinə yetirmək hər bir azərbaycanlı gəncin müqəddəs vəzifəsidir". Məhz ulu öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu.

Artıq uzun müddətdir ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün həm dünya ölkələri arasında nüfuzlu söz sahiblərindən birinə çevrilib. Əlbəttə ki, bu nailiyyətin əsasında ulu öndər Heydər Əliyevin müəyyən etdiyi 2003- ildən bəri ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici siyasət strategiyası durur. Məlum olduğu kimi, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi ilk illər ərzində ölkəmizin üzləşdiyi daxili xarici təhdidlər bu səbəbdən xalqımızın illər boyu həsrətində olduğu müstəqilliyi itirmək təhlükəsi bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1991-1992-ci illərdə ölkədə yaranmış vəziyyət elə bir böhran həddinə çatmışdı ki, artıq dünyanın aparıcı beynəlxalq şərhçilərinin qeydlərində belə Azərbaycan dövlətçiliyini itirmək üzrə olan ölkə kimi xarakterizə olunurdu. Ən pisi bu idi ki, həmin proqnozların reallaşması üçün ölkədə həqiqətən son dərəcə təhlükəli bir zəmin artıq tam olaraq formalaşmışdı. Bu vəziyyətin yaranmasında əsas rol oynayan amillərdən danışarkən, Ermənistanın Azərbaycana qarşı təcavüzünü, ölkə ərazisinin 20 faizinin işğalını, bir milyondan çox soydaşımızın qaçqın məcburi köçkün vəziyyətinə düşməsini bu səbəbdən ölkəmizin üzləşdiyi humanitar fəlakəti xüsusi qeyd etmək lazımdır. Eyni zamanda məhz bu amillərin həmin illərdə ölkəyə rəhbərlik edən siyasi hakimiyyətin yarıtmazlığı, yürüdülən daxili xarici siyasətin yararsızlığı Azərbaycanın vətəndaş müharibəsi astanasına gətirilməsi nəticəsində formalaşdığı danılmaz tarixi faktdır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, belə çətin tarixi dövrlərdə, həmin dövrü yaşayan xalqların dövlətlərin üzləşdikləri sınaqdan uğurla çıxa bilmələri üçün müstəsna liderlik keyfiyyətlərinə malik olan şəxsiyyətin mövcudluğu zəruri şərtdir. Ölkəmizdə ictimai-siyasi gərginliyin böhran həddinə çatdığı 1993- ildə Azərbaycanın taleyində xilaskarlıq missiyasını öz üzərinə götürə bilən yeganə dahi şəxsiyyət məhz Heydər Əliyev idi. Həmin vaxt bunu hamıdan gözəl bilən Azərbaycan xalqı öz müdrikliyini iradəsini nümayiş etdirərək ulu öndərin ölkədə siyasi hakimiyyətə qayıdışını tələb etdi. Xalqın səsinə səs verərək ölkənin rəhbərliyinə qayıdan ümummilli lider qısa zaman ərzində ölkədə başlanmaq üzrə olan vətəndaş müharibəsinin qarşısını aldı, ictimai-siyasi sabitliyə nail oldu, milli həmrəyliyi təmin etdi. Məlum olduğu kimi, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edən şəxslərin yol verdikləri ciddi nöqsanlar Azərbaycanda ordu quruculuğu işini dərin böhrana salmışdı. 1993- ildə Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusu da bütün digər strukturlar kimi, ağır böhran içində idi. Orduya səriştəsiz, dövlət tərəfindən təyin edilməmiş şəxslərin rəhbərlik etməsi, ordu quruculuğu ilə bağlı Dövlət Proqramının olmaması, faktiki olaraq dövlət ordunun bir-birindən ayrı düşməsi ordunun ayrı-ayrı qruplaşmaların maraqlarını ifadə edən siyasi işlərə cəlb edilməsi bu böhranı şərtləndirən əsas amillər idi. Ulu öndər ordunun ümumi döyüş qabiliyyətinin ayrı-ayrılıqda götürülmüş hər bir əsgər zabitin şəxsi keyfiyyətlərindən birbaşa asılı olduğunu daim vurğulayırdı: "Ordunun qüdrətini, onun döyüş qabiliyyətini, qələbə iradəsini təşkil edən döyüşçülərin vətənpərvərlik hissidir. Hər bir əsgər, zabit, döyüşçü vətənpərvərlik hissini, Vətənə, torpağa, müstəqil dövlətimizə, xalqımıza sədaqət hissini hər şeydən üstün tutmalıdır. Məhz bu keyfiyyətləri özündə cəmləşdirən, əks etdirən Azərbaycan Ordusunun döyüşçüsü ordumuzu möhkəmləndirə bilər hər an qələbəyə nail ola bilər". Ölkə rəhbərliyinə qayıtdıqdan dərhal sonra ulu öndər nizami ordu yaradılması istiqamətində təcili qətiyyətli addımlar ataraq, cəbhədə vəziyyəti dəyişdirdi, Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə vurduğu sarsıdıcı zərbələrin təsiri altında Ermənistan atəşkəsə vadar edildi. Bundan dərhal sonra ulu öndər Heydər Əliyev Azərbaycanın yerləşdiyi ərazinin geostrateji əhəmiyyətini, mövcud geosiyasi amilləri, tarazlaşdırılmış çoxqütblü xarici siyasətə olan zərurəti, ölkəmizin zəngin enerji resurslarına nəqliyyat imkanlarına malik olmasını bir çox digər təsiredici məqamları nəzərə alaraq həmin dövrün çağırışlarına cavab verən yeni xarici siyasət strategiyasını müəyyən etdi. Ulu öndər Dünya Azərbaycanlılarının 10 noyabr 2001-ci il tarixində keçirilmiş I Qurultayında söylədiyi nitqində demişdir: "Azərbaycan heç vaxt öz müstəqil siyasətindən geri çəkilməyəcəkdir. Onun müstəqil xarici siyasəti Azərbaycanın müstəqilliyinin əsas rəmzidir, əsas göstəricisidir". Heydər Əliyev dühasının müəyyən etdiyi çoxqütblü tarazlaşdırılmış xarici siyasət strategiyası tarix boyu yalnız milli dövlətçiliyimizin itirilməsinə Azərbaycanın böyük güclərin döyüş siyasi rəqabət meydanına çevrilməsinə səbəb olan əsas amilləri, ilk növbədə, geosiyasət neft amillərini müstəqilliyimizin dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edən başlıca faktorlara çevirdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici amildir. Bu mükəmməl ideologiyanın əsasını qoymaqla, ulu öndər milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmiş, xalqın milli dövlətçilik məfkurəsinin formalaşması üçün möhkəm zəmin yaratmışdır. Milli-mənəvi dəyərlərimizə qayıdışın milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan, hər zaman bu məsələni diqqət mərkəzində saxlayan ümummilli lider 21 noyabr 1998-ci il tarixində keçirilmiş Yeni Azərbaycan Partiyasının yaradılmasının altıncı ildönümünə həsr olunmuş təntənəli yığıncaqda söylədiyi tarixi nitqində demişdir: "Dövlətçilik bu gün gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır, Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır". Ulu öndər milli-mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm siyasi varlığımızın - dövlət quruculuğu prosesinin mühüm atributu hesab edir, mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə milli dəyərlər sisteminə sönməz məhəbbət hissi ilə yanaşırdı. Ulu öndər azərbaycançılıq məfkurəsinin prinsiplərini bəyan etməklə ölkəmizin inkişafı tərəqqisi üçün işıqlı yolun təməlini qoydu.

1993-2003- illər ərzində ulu öndərin əsasını qoyduğu işlər hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Möhtərəm dövlət başçımızın Azərbaycanda hakimiyyətə gəldiyi 2003- ildən keçən dövr ərzində ölkədə dinamik sosial-iqtisadi inkişaf, demokratik müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu gün gücü, qüdrəti beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən Azərbaycan hər gün yeni zirvələr fəth edir, ulu öndərin ideyaları əsasında dinamik inkişaf edir. Heydər Əliyev siyasi strategiyasının ölkəmizdə son 20 il ərzində cənab Prezident İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə uğurla inkişaf etdirilməsi bu gün dövlətimiz xalqımız qarşısında uzun illərdən bəri duran ən vacib problemin həllini - işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmişdir.

Xüsusi olaraq bir məqamı da vurğulamaq istərdim ki, 2003- ilin Prezident seçkiləri ilə bağlı gedən proseslərin ölkə ictimaiyyətinin bir təmsilçisi olaraq bilavasitə yaxından iştirakçısı olmuşam. Belə ki, həmin seçkilərdə ilk öncə ulu öndər Heydər Əliyevin Prezidentliyə namizəd kimi vəkillərindən biri idim. Ümummilli liderimizin öz namizədliyini geri götürdükdən sonra isə biz artıq komanda olaraq ulu öndərin siyasi varisi cənab İlham Əliyevin vəkilləri olduq. Bu gün mən sonsuz qürur fəxarət hissi yaşayıram ki, 19 il bundan öncə seçki kampaniyasında vəkili olduğum möhtərəm Prezidentimiz zamanı gəlincə müzəffər sərkərdəyə, sözün əsl mənasında, Azərbaycan xalqının tarix yazan qəhrəmanına çevrildi.

Ümummilli lider 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə fərqlənənlərə "Qızıl ulduz" medalları, "Azərbaycan bayrağı" ordenlərini təqdimetmə mərasimində etdiyi çıxışında demişdir: "Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur". Ulu öndərin bu tarixi vəsiyyətinə ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2020-ci ildə əməl etdi. 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanan Azərbaycan artıq yeni reallıqlar yaradan ölkədir bu reallıqlar xalqımızın daha firavan yaşamasına, dövlətimizin daha qüdrətli olmasına xidmət edəcək. Ümummilli liderin anadan olmasının 100 illiyi münasibətilə 2023- ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunması tariximizin ən çətin keşməkeşli dönəmlərində Azərbaycanın nicatı xoşbəxt gələcəyi naminə bütün taleyüklü məsələləri öz üzərinə götürən ulu öndərimizin ideyalarının xalqımızın qəlbində, gələcək nəsillərin qan yaddaşında əbədi olaraq yaşayacağının daha bir sübutudur.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.