Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bilik yarışı
Elm və təhsil

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bilik yarışı

“Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlər davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Zəka” intellektual bilik yarışı keçirilib. Nazirliyin yaydığı məlumatda bildirilir ki, yarışda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarında çalışan işçilərdən ibarət 16 komanda iştirak edib. Hər komandada 6 nəfərin yer aldığı bilik yarışı maraqlı və gərgin mübarizə şəraitində keçib. Qaliblərdən “Zəka” bilik yarışında Aqrar Kredit və İnkişaf Agentliyinin komandası 1-ci, Aqrar Tədarük və Təchizat ASC-nin komandası 2-ci, Kənd Təsərrüfatı Nazirliyinin komandası 3-cü yeri tutub.

Qaliblərin mükafatlandırılma mərasimində çıxış edən natiqlər ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən, aqrar sahənin inkişafında xidmətlərindən bəhs ediblər.

“Respublika”.