Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
Digər xəbərlər

Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib

Ulu Öndərin 100 illiyi ilə əlaqədar olaraq Müdafiə Nazirliyinin tabeliyindəki müəssisə və hərbi hissələrdə növbəti tədbirlər keçirilib. 27 may Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir.

Keçirilən tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Ulu Öndərin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Ümummilli Liderin Azərbaycan xalqının tarixində dərin iz qoymuş şərəfli ömür yolundan, siyasi fəaliyyətindən, dövlətçiliyimizin, müstəqilliyimizin qurulması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlərdən, həyata keçirdiyi uğurlu islahatlardan bəhs edən videoçarxlar nümayiş etdirilib.

Tədbirlərdə çıxış edənlər əbədiyaşar dahi liderin uzaqgörən daxili və xarici siyasəti nəticəsində Azərbaycanda hərbi kadrların hazırlanmasında əvəzsiz xidmətlərindən, hərbi təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlardan danışıblar.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş mahnılar səsləndirilib.

“Respublika”.