Ulu Öndər
Siyasət

Ulu Öndər

Dahi lider, əbədiyaşar Heydər Əliyevi təkcə adi insanlar yox, ziyalılar daha çox sevirdi. Çünki o, ziyalılar üçün çox böyük işlər görmüşdü. Elm, ədəbiyyat, incəsənət xadimlərimizin dünyada tanınması üçün əvəzsiz xidmətləri olmuşdur.

Hamı yaxşı xatırlayır ki, 70-80-ci illərdə onun təşkilatçılığı, rəhbərliyi ilə çox sayda azərbaycanlı gənc SSRİ-nin böyük şəhərlərinə təhsil almaq üçün göndərildi. O gənclərin sırasında mən var idim.

Mən həmyaşıdlarım elə bir zaman çərçivəsində dünyaya gəlmişik ki, dünyanın təlatümlər dövrünə düşdüyümüzdən siyasətçi olmasaq da, siyasətdə olmaq məcburiyyətində qalmışıq. Çünki Qarabağsız günlərimizdə əcnəbi ölkələrdə həm elmi toplantılarda, həm olduğumuz səfərlərdə, istəsək , istəməsək Qarabağın davasını etmişik. Öz haqqımızı dünya xalqlarına çatdırmaq, Qarabağın azərbaycanlıların olduğunu, ermənilərin ora sonradan köçdüyünü faktlarla, siyasi baxışlarımızla sübut etməyə çalışmışıq. Dünya Azərbaycanlıları Konqresinin əvvəllər üzvü indi həmsədri kimi fəaliyyətdəyəm. İki qurultaydır ki, həm Belçikada, həm İngiltərədə (Londonda) mən həmsədrlərdən biri kimi seçilmişəm. Xalqımızın haqq səsini dünya xalqlarına lazım olan kimi çatdırıram. Həmsədr olmaq çox böyük ağır yükdür. Mən çalışıram əlimdən gələni edim ki, dünyada azərbaycanlılar öz sözünü lazım olan yerlərdə desinlər. Bilirsiniz ki, Sovet ideologiyası hər sahədə tibb sahəsində özünün mənfi möhürünü vururdu. Məsələn, həmin dövrdə genetika elmini demək olar ki, qadağan eləmişdilər. Dünyanın ən məşhur genetiklərini zindanlara atır, öldürürdülər. Başlarına min cür işgəncələr gətirirdilər. Çünki genetika sovetlərin yalan üstündə qurulan ideologiyasına zidd idi. Məsələn, kardiocərrahiyyəyə mənfi münasibət sərgilənirdi. O vaxt Moskvada bir səhiyyə naziri var idi - Petrovski. O, ürək transplantasiyasının əleyhinə idi. Ona görə bu sahə çox geri qalırdı. Amma çox maraqlıdır ki, oftalmologiya bu siyasi basqılardan kənarda qalmışdı. Ona görə SSRİ- bu sahə dünya, Avropa səviyyəsində inkişaf etməyə başladı. Bu da yəqin mənim şansım idi. Mən həmin vaxtlar Moskvada sonradan başqa ölkələrdə bu sahədə elmi işlərimi, həkim kimi fəaliyyətimi davam etdirirdim.

Göz həkimi, bacım tələbəm t.e.d Sevinc Əkbərova ilə birlikdə ixtira etdiyim "Aktipol" preparatı dünyada çox məşhur dərmanların siyahısına daxildir. Aktipol Ümumdünya Sərgilər Salonunun Böyük Qızıl medalına layiq görülüb. Dünyanın ən böyük oftalmoloq alimləri ona müsbət rəy veriblər, müxtəlif ölkələrin ödüllərinə layiq görülüb. Azərbaycanın, hətta bütün müsəlman dünyasının yeganə dərmanıdır ki, dünya səviyyəsində istifadəsinə icazə verilib. Rusiya dünyanın bir çox ölkələrinin Farmokalogiya Komitəsi o dərmanı rəsmi olaraq təsdiq edib. Bu preparat çoxşaxəli təsir mexanizminə malikdir, həm viruslara qarşı təsir göstərir. Ən böyük təsiri isə COVID- təsdiq olundu. Dünyanın məşhur oftalmoloqları təsdiq ediblər ki, COVID-19 un müalicəsində "AKTİPOL" əvəzsiz dərman preparatıdır. Çünki COVID virusu ağız, burun gözlərin selikli qişasından keçir. Biz maska ilə ağzımızı burnumuzu bağlasaq da, gözümüzü bağlaya bilmirdik. Buna görə ondan bütün dünyada, Amerika Avropada pandemiya dövründə istifadə olunub.

Dünyada COVID-19 pandemiyası vaxtı bu xəstəliklə mübarizədə, gözün herpes-virus xəstəliklərinə qarşı, radiasiya zamanı radioprotektor kimi işıqların, televiziya, monitorlar, mobil telefonların yaratdığı "quru göz" xəstəliklərində tətbiq olunan "Aktipol" dərmanından yüksək səviyyədə istifadə olunur. Xoşdur ki, bu dərman Azərbaycanın adı ilə bağlıdır.

Bütün bu uğurların təməli ulu öndərimiz Heydər Əliyevin biz gəncləri daha yüksək reytinqli ali təhsil ocaqlarına ezam etməsindən sonra baş verdi.

Mən oftalmo mikro-cərraham. Məşhur müəllimlərim- professor Ümnisə xanım Musabəylidən, akademik Zərifə xanım Əliyevadan, professor Zəhra xanım Quliyevadan, Moskvada akademik Mixail Mixailoviç Krasnovdan aldığım böyük təcrübəni tətbiq edirəm. Eləcə dünyanın böyük oftalmoloqlarından öyrəndiklərimi bacardığım kimi öz tələbələrimə öyrədirəm. Həkimlik mənim peşəmdir. Amma şairlik, nasirlik mənim taleyimdi. Onları axtarmamışam. Onlar gəlib məni tapıblar. Dünya Azərbaycanlıları Konqresində həmsədr olmağım da mənim ürəyimcədi. Sevinirəm ki, millətimizin taleyüklü məsələlərinin dünyada həll olunmasında mən kiçik olsa da əmək sərf edirəm.

Allahımdan çox razıyam ki, indiki dövrdə doğulub yaşamışam. Təbii ki, hər dövrün çətinlikləri, səfası cəfası olub. Heydər Əliyev dövrü uğurlu dövr idi. İndi onun davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev həmin epoxanı böyük uğurla davam etdirir. Onun da bəhrələrini Azərbaycan xalqı görür. Bizi sevməyən qövmlərin, millətlərin, dövlətlərin, ideologiyaların, inancların əhatəsində olsaq da lazım olan kimi inkişaf edir, güclənirik. Bu da ölkə başçımızın müdrik siyasətinin, ağlının zəhmətinin nəticəsidir.

 Mən ilk öncə bir məsələni vurğulayım ki, əbədiyaşar ulu öndər Heydər Əliyevin istedadlı cavanlara inamı çox idi çalışırdı ki, onlar inkişaf etsin. Bütün dünyanın qəbul elədiyi məşhur Eynşteyinin Cənubi Afrika Respublikasının Yohannesburq şəhərindəki universitetin qapısına belə bir kəlamı yazılıb: "Bir ölkəni, bir milləti məhv etmək üçün heç onu atom başqa silahlarla məhv etmək lazım deyil. Onun təhsilini məhv eləsəniz, həmin milləti, dövləti tam sıradan çıxara bilərsiniz". Ona görə Heydər Əliyev Azərbaycan təhsilinin inkişafı dünyada tanınmasına bütün varlığı gücü ilə çalışırdı. O deyirdi: "Mən dünyada müəllimdən müəllimlikdən böyük sənət tanımıram". Mən onunla olan təmaslarımda bu fikirin lazım olan böyük nümunələrini görmüşəm. Başda professor Eldar Abbasov başqa alimlər, gözəl mütəxəssislər olan dostlarım olmaqla çoxlu sayda Azərbaycan oğullarının SSRİ-nin başqa-başqa yerlərində təhsil almasında məhz Heydər Əliyevin əvəzsiz xidmətləri olub. O istəyirdi ki, azərbaycanlılar yaxşı təhsil alsın yaxşı da mütəxəssis olub Vətənə qayıtsınlar. O, Azərbaycana rəhbərlik etdiyi vaxt Moskvaya gələndə vaxt tapıb bizlərlə görüşür problemlərimizlə maraqlanırdı. Moskvada işləyən vaxtlarda da bu məsələ diqqətində idi. Çünki ulu öndər bilirdi ki, bu gənclər Azərbaycanın gələcək taleyidi. Biz onunla görüşəndə bütün ruhumuzla bunu hiss edirdik. Ulu öndərimiz imperiyanın məsul şəxslərindən biri olanda belə, azərbaycanlı gənclərin inkişafına köməklik edirdi. Bununla bağlı maraqlı bir misal deyim. Həmin vaxt SSRİ səviyyəsində ilk azərbaycanlı gənc həkim kimi elm sahəsində mənə Ümumittifaq Lenin Komsomolu mükafatı vermişdilər. Onu da vurğulayım ki, imperiya dövründə bu mükafatı cəmi iki nəfər göz həkimi alıb. Onun biri mənəm biri Moskvada bir xanım idi. Həmin vaxtı bilirsiniz ki, mobil telefonlar yox idi. Mən evdə olanda bir dəfə telefon zəng çaldı. Yarı Azərbaycan, yarı rus dilində bir nəfər zəng vurub dedi ki, evdə olun, beş-on dəqiqədən sonra sizinlə SSRİ Nazirlər Sovetinin birinci müavini yoldaş Heydər Əliyev danışacaq. Açığı mən çaşıb qaldım bir az da inanmadım. Fikirləşdim ki, dostlarımdan, tay-tuşlarımdan kimsə mənimlə zarafat edir. Amma heç beş dəqiqə keçməmiş yenə zəng gəldi. Dəstəyi götürdüm. Gördüm ki, həqiqətən danışan ulu öndərimiz Heydər Əliyevdir. Mənim haqqımda xoş sözlər dedi. Mükafat almağım münasibətilə təbrik elədi onu da dedi ki, bu mükafata layiq görülmək üçün SSRİ Elmlər Akademiyasının Prezidiumu səs verir. Bil ki, bu, böyük mükafatdır. Təvazökarlıq naminə mənim haqqımda dediyi xoş sözləri indi təkrarlamaq istəmirəm. O vaxt mən tibb elmləri namizədi idim bir neçə mükafat almışdım. Amma belə böyük mükafata layiq görülməmişdim...

Qorbaçov tərəfindən SSRİ- aparılan məntiqsiz uğursuz siyasətə etiraz əlaməti olaraq, Büro üzvlüyündən vəzifəsindən istefa verdi.

Azərbaycan Yazıçılar Birliyinin qurultayı keçirilirdi, mən, Məmməd Aslan başqaları arxa sıralarda oturmuşdum. Xəlil Rza ilə Heydər Əliyev zala daxil olub mənim yanımdakı boş yerə əyləşdilər. Ulu öndər mənimlə görüşdü. Mən ona bir daha vaxtının məhdud məsul vəzifədə olmasına baxmayaraq, o zaman layiq görüldüyüm mükafat münasibətilə məni təbrik etdiyinə görə təşəkkürümü bildirdim dedim ki, artıq kafedra müdiriyəm. Həmin mükafatı alanda Azərbaycan rəhbərliyi məni təbrik eləmədi, amma Siz Moskvadan məni təbrik elədiniz. Buna görə çox sağ olun. Sizə dərin təşəkkürümü bildirirəm. O, özünəməxsus tərzdə gülümsədi dedi: "Hər adam bir cür olur. Elə şeylərə fikir vermə". Çoxlu söhbət elədik. Fasilə vaxtı müxtəlif insanlar, məşhur yazıçılar, qələm əhli onun ətrafına toplaşdı. Həmin vaxtı bir nəfər ona yaxınlaşdı. Özünü təqdim etdi dedi: "Siz filan vaxtı məni həbs elətdirmisiniz. Mən 12 il həbs cəzası çəkmişəm. Deyim ki, Siz həmin vaxtı çox düz hərəkət eləmisiniz. Qoy buradakı adamlar da bilsin ki, mənim günahım vardı, layiq olduğum cəzanı çəkmişəm. Amma mən sizinlə fəxr eləyirəm. yaxşı ki, Siz varsınız. Baxmayaraq ki, siz indi vəzifədə deyilsiniz, amma yenə bizim böyüyümüzsünüz". Heydər Əliyevin yanında həmin vaxtı otuzdan çox adam vardı. Hətta doğmaları da yanında idi. Hamı onun haqqında xoş sözlər deyirdi. Amma bu hadisə daha sensasiyalı olduğuna görə bunu dedim. Bütün bunlar da dahi rəhbərin portret cizgiləridir ki, indi mən sizə deyirəm.

Mən Moskvada aspiranturada doktoranturada oxuduğum illərdə Ümumittifaq Göz Xəstəlikləri İnstitutunda, Birinci Moskva Tibb Akademiyasında akademik Krasnovun rəhbərliyi ilə oftalmologiya ilə bağlı məşhur "Vestnik Oftalmologii" ("Oftalmologiya Xəbərləri") adlı elmi jurnal çap olunurdu. Bu jurnal dünyada ən yüksək reytinqli dərgilərdən biri sayılırdı. Zərifə xanım da həmin jurnalın redaksiya heyətinin üzvü idi. Hər 2-3 aydan bir həmin jurnalla bağlı orada toplantılar olurdu. Mən aspirant kimi orada iştirak edirdim. Akademik Zərifə xanım da orada olurdu. Hər görüşümüzdə mənə deyirdi ki, "Heydər Əliyeviç sənin uğurlarını çox izləyir. Həmişə deyir ki, məndən Paşaya salam de". Təsəvvür edirsinizmi? Dünyaşöhrətli belə bir insanın, cavan aspiranta belə yüksək münasibət bildirməsi mənim üçün çox böyük qiymət idi. Mən Zərifə xanım haqqında esse yazmışam orada öz ürək sözlərimi həm onun, həm ulu öndərimiz haqqında demişəm. İndi ulu öndərin 100 illik yubileyini keçiririk. Baxmayaraq ki, o, 2003- ildə haqq dünyasına qovuşub, amma həmin vaxtdan onun ölümsüzlüyü başlayıb. Mən qətiyyətlə deyə bilərəm ki, Azərbaycan xalqı siyasət elmi yaşayana, insanlıq qalana qədər Heydər Əliyev yaşayacaq. Belə bir insanla təmasda olmağımla fəxr edirəm. Mən Şah İsmayıl Xətai dövründə yaşamaq istəməzdim, amma onunla danışmaq, təmasda olmaq istərdim. Ulu öndərlə təmasda olduğum üçün xoşbəxtəm.

Onu da deyim ki, biz 50 milyon xalq olsaq da, dünyada böyük xalqlar arasında kiçiyik. Amma belə bir kiçik xalq dünyanın bir nömrəli dahi filosof şairi olan Nizami Gəncəvini yetişdirib. Yəni xalqın əhalisinin çoxluğu elə vacib əlamət deyil. Hərçənd ki, fəlsəfədə - kəmiyyət keyfiyyətə transformasiya olur, - deyirlər. Amma həyatda bu Allahın əmri ilə belədir ki, bəzən kiçik xalqların çox böyük övladları dünyaya gəlir. Onlar dünya elminə, təbabətinə, fəlsəfəsinə, ədəbiyyatına, siyasətinə, dünyanın düzəninə təsir edirlər. Ulu öndər Heydər Əliyev həmin şəxsiyyətlərdən biridir ki, Azərbaycan xalqının taleyində müstəsna rol oynayıb, oynayır oynayacaq. Dünya siyasətində, dünya səviyyəsində böyük çətinliklərdən keçməklə öz sözünü deyib. Adi bir misal: Marqaret Tetçerlə görüşdə çox böyük ustalıqla, siyasətlə bizim xeyrimizə olmayan müqaviləni imzalamaqdan boyun qaçırmış, Marqaret Tetçer onunla razılaşmaq məcburiyyətində qalmışdı. Əgər o sənəd imzalansaydı, indi bizim 44 günlük Vətən müharibəmiz olmazdı biz qalib gələ bilməzdik. İndi yenə Qarabağ ermənilərin əlində olacaqdı. Həmin vaxtı bütün dünyanın aparıcı siyasətçiləri dahi rəhbərimizə təzyiq edirdilər ki, həmin sənədi imzalasın, amma o, imzalamadı. İmzalasaydı, biz artıq tələyə düşəcəkdik. Dahi Heydər Əliyevin həyatı, fəaliyyəti yüksək səviyyədə öyrənilməli tədris olunmalıdır. Elə onun dediyi aforizmlərin özü böyük bir elmdir. Onlardan birini misal gətirmək istəyirəm: "Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olur". Görün qədər fəlsəfi, dünyəvi dərin aforizmdir. Onun yüzdən çox belə aforizmləri inanıram ki, dünya xalqları arasında yayılacaq maraqla qarşılanacaq. həm bu qoca dünyada yaşayacaq. Fiziki ömrü Böyük Tanrı hər adam üçün lazım olan qədər yazıb. Amma bu ölməzlik hər adama nəsib olmur. O, ölməzlik nəsib olan Azərbaycanın böyük oğullarından biri, bəlkə birincisi ulu öndərimiz Heydər Əliyevdir. O deyirdi ki, "azadlıq istiqlaliyyət hər bir xalqın milli sərvətidir". Dahi rəhbər bu azadlığı istiqlaliyyəti bizim üçün qoyub getdi biz onu qorumalıyıq.

Paşa QƏLBİNUR,

Amerika Oftalmologiya Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər

Akademiyasının fəxri doktoru,

Azərbaycan Tibb Universitetinin

oftalmologiya kafedrasının müdiri,

t. e. d, professor.