Ukraynanın Kropivnitski şəhərində
Diaspora

Ukraynanın Kropivnitski şəhərində "Xarıbülbül" adlı tədbir təşkil edilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının təşkilatçılığı ilə Ukraynanın Kropivnitski şəhərində "Xarıbülbül" adlı tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Kropivnitski şəhər meriyasının, yerli ictimaiyyətin və Azərbaycan icmasının təmsilçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov "Xarıbülbül" sözünün mənasının xalqımız üçün böyük əhəmiyyət kəsb etdiyini, Qarabağda bitən bu çiçəyin ötənilki Vətən müharibəsinin rəmzinə çevrildiyi barədə ətraflı məlumat verib. Bildirib ki, noyabrın 8-də xalqımız böyük Zəfər Gününü qeyd etməyə hazırlaşır.

Sonra tədbirdə Kropivnitski şəhər meri Andrey Raykoviç və digər qonaqlar çıxış ediblər. Onlar ötən il Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini böyük tarixi hadisə adlandırıb, bu münasibətilə xalqımızı və diaspor nümayəndələrini təbrik ediblər.

Tədbir konsert proqramı ilə davam edib.

AZƏRTAC