Ukraynalı parlamentari: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan tarixində müsbət hadisədir
Siyasət

Ukraynalı parlamentari: Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan tarixində müsbət hadisədir

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan tarixində birmənalı müsbət məqam ola bilər. 

AZƏRTAC xəbər verir ki, bu sözləri Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko deyib.

Ukraynalı parlamentari qeyd edib ki, Bəyannamənin daha bir sıra üstünlüklərini, məsələn, yaxın vaxtlarda Şuşada Türkiyənin Baş konsulluğunun açılması, Azərbaycan ilə Türkiyəni dəmir yolu və avtomobil yolu ilə əlaqələndirəcək Zəngəzur dəhlizi barədə bəndləri göstərmək olar. Bundan əlavə, Ərdoğan Qarabağın tezliklə bərpası məsələsində Azərbaycana köməyini vəd edib.

Lyudmila Marçenko vurğulayıb ki, tərəflərdən birinin müstəqilliyinə və ərazi bütövlüyünə üçüncü qüvvə tərəfindən təhlükə yaranacağı halda onların bir-birini dəstəkləmək öhdəliyinin təsdiqlənməsi sənəddə xüsusi yer tutur.

AZƏRTAC