Üçtərəfli Bəyanatın öhdəlikləri yerinə yetirilməlidir
Digər xəbərlər

Üçtərəfli Bəyanatın öhdəlikləri yerinə yetirilməlidir

Bildiyimiz kimi, 44 günlük Zəfər qələbəmizin ardınca imzalanmış 10 noyabr Bəyanatından sonra Rusiya sülhməramlı kontingenti bölgəyə yerləşdirilib. Məqsəd isə Azərbaycan Ermənistan arasında olan münaqişəni dayandırmaq qarşısını almaq idi. Lakin Rusiya bəyanatda göstərilən müddəaların həyata keçirilməsinə dəstək verib, əvvəllərdə olduğu kimi, bir daha Azərbaycan tərəfinin etimadını doğrultmadı.

Vəzifələri sakitlik əmin-amanlığı təmin etmək olan Rusiya hərbçiləri daha çox Qarabağda sülhü əngəlləyən addımlar atırlar. Zəfər qələbimizin üstündən iki il yarım keçməsinə baxmayaraq, hələ bəyanatın 4- bəndi yerinə yetirilmir. Orada qeyd edilib ki, Rusiya sülhməramlıları tərəfindən Qarabağ bölgəsindən qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması təmin edilməlidir. Lakin bu maddə elə söz olaraq da qalıb, Rusiya hərbçiləri tərəfindən tam olaraq həyata keçirilmir. Əksinə, rus sülhməramlıları faktiki olaraq qondarma qurum "rəsmiləri" üçün qalxan rolunu oynayır. Maraqlı məqam orasıdır ki, sülhməramlılar bəyanatın şərtlərini düzgün yerinə yetirmir, qərəzsiz formada öz mövqelərini bildirmir. Ötən illərdə sülhməramlı kontingentin ermənilərlə yayılan səmimi, əyləncə görüntüləri elə necə deyərlər çıxan şaiyələrin təsdiqidir. Bu məqamda ortaya belə bir sual çıxır, rus sülhməramlı kontingenti sülhü qoruyur, yoxsa erməniləri?

Yerləşdikləri gündən bu yana ermənilər üçün modul tipli evlər, xəstəxanalar tikir, məktəblər açır ən əsası da orada yaşayan ermənilərə ərzaq təminatını həyata keçirir. Hətta sülhməramlıların müvəqqəti məsuliyyət zonasında olan ərazilərdə Ermənistan rəsmilərinin, xarici ölkə nümayəndələrinin gəlişi müşahidə edilir. Azərbaycan tərəfinin dəfələrlə kəskin şəkildə etiraz etməsinə baxmayaraq, buna əhəmiyyət vermir, rahat formada Laçın dəhlizindən keçib bizim ərazilərə daxil olmaq üçün onlara şərait yaradırlar. Deyəsən, onlar dəhlizin mahiyyətini ya unudub, ya da səhv salıblar. Çünki Laçın dəhlizinin əsas məqsədi Qarabağda yaşayan ermənilərin Ermənistan ilə təhlükəsiz əlaqəsinin təmini üçün müvəqqəti olaraq yaradılan körpüdür. Bununla yanaşı, Azərbaycan tərəfindən göndərilən TIR-ların keçidinə maneə törədir ermənilərin buna müdaxilə etməsinə icazə verirlər. Təsadüfi deyil ki, yanvarın 27- Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistandan hərbi ləvazimatların, silah-sursatın şəxsi heyətin Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi barədə operativ məlumatlar daxil olub. Buna əsasən, Azərbaycan ordusunun bölmələri tərəfindən yoxlanılmaq məqsədi ilə saxlanılıb. Bu zaman mənfur düşmən atəş açıb qarşılıqlı atışma başlayıb. Nəticədə, Şəhriyar Əlibəyli Eşqin Hüseynov şəhid olublar. Bunların hamısı Rusiya sülhməramlı kontingentinin nəzarəti zamanı baş verib. Həmçinin bölgədə ermənilər tərəfindən qanunsuz basdırılmış minalar aşkarlanıb. Bununla yanaşı, Rusiya Müdafiə Nazirliyi tərəfindən Ağdərə Xocavənd rayonlarının "Mardakert" "Martuni" kimi qeyd olunması ermənilərin Azərbaycan xalqının tarixi toponimlərini dəyişdirmək cəhdlərinə dəstək verməkdən başqa bir şey deyil. Bu hallar yolverilməzdir. Rusiya tərəfinin siyasi elitasının buna məhəl qoymaması, olanlara göz yumması bunu deməyə əsas verir ki, Qarabağ bölgəsində vəziyyəti yenidən "dondurulmuş münaqişə" halına gətirmək problemi gələcəyə daşımaqla, ermənilərin ağır məğlubiyyətdən özünə gəlməsinə şərait yaratmaq istəyirlər. Məhdud müddətə göndərilən sülhməramlıların ilkin vəzifəsi münaqişəni alovlandırıb, qanunsuz işlərə icazə vermək yox, sülhü bərqərar etmək olmalı idi. Cəmi 5 illiyinə bölgədə olan sülhməramlılar etimadı doğrultmadılar. Atılan bu addımlar isə Rusiyanın rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Ermənistanın riyakarlığına sözün əsl mənasında göz yumur daima onu dəstəkləyir. Ermənistanın daxilində isə anti-Rusiya üsyanları gündən-günə artır çoxalır.

Hazırda Ermənistan Qərbə doğru yönəlib öz "bacısı" ilə yanaşı, irəliləyərək Rusiyanı necə deyərlər, saymır. Fransa İrandan dəstək alan Rusiyanı bəyənməyən Ermənistan bunu açıq şəkildə bəyan edir. Lakin Rusiyanın buna məhəl verməməsi isə təəccüblü haldır. Azərbaycan tərəfinin tək tələbi bəyanatda olan bütün maddələrin öz qaydası ilə yerinə yetirilməsi sülhün bərpa edilməsidir. Həm ermənilər, həm Rusiya sülhməramlıları de-fakto vəziyyətin saxlanılmasına deyil, bölgədə sülhə, əmin-amanlığa çalışmalıdırlar. Hər bir dövlət kimi, Azərbaycanın da ərazi bütövlüyünə olan həssaslığını, anlamağa borcludurlar.

Töhfə SƏMƏDOVA,

"Respublika".