Turnirə yekun vuruldu
Region

Turnirə yekun vuruldu

Kürdəmir Rayon Gənclər və İdman İdarəsini, Kürdəmir Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə  Zəfər Gününə həsr edilmiş idmanın mini-futbol növü üzrə gənclər arasında rayon turniri keçirilib.
Gənclər AFFA-nın müəyyən etdiyi qaydalara əsasən idman mübarizəsi aparırdılar. Yarışda Kürdəmir rayonunun 12 komandası iştirak edirdi. İştirakçı komandalar qrup və final mərhələlərində öz güclərini sınadılar. Turnirdə keçirilmiş 34 oyunun nəticələrinə görə I yeri “Qarabağ”, II yeri “Kür”, III yeri isə “Zəfər” futbol komandası qazandı. Qalib gələn komandalar Kürdəmir Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla mükafatlandırıldılar.

                                    Tofiq HÜSEYN,

                                   “Respublika”.