Türkün zəfəri
Türk dünyası

Türkün zəfəri

Çanaqqala döyüşü həm türk, həm dünya tarixinin səhifələrinə yazılmış hadisələrdəndir. Çanaqqala zəfərindən 108 il ötür. 1914- il noyabr ayının 3- başlayan savaş 1915-ci il 18 mart tarixinə qədər davam etmişdir. Həmin ilin 25 aprelindən 1916- ilin 9 noyabr tarixinədək isə quru müharibələri aparılmışdır. Bu dövrdə Türkiyə Almaniya-Avstriya-Macarıstan tərəfində Antantaya qarşı döyüşlərə cəlb olunmuşdu.

1914- il noyabrın 3- Böyük Britaniya Fransaya aid olan hərbi dəniz gəmiləri Bozca adasından boğazın sahil sularına daxil olaraq Osmanlı ordusunun buradakı müdafiə istehkamlarına atəş açdılar. Böyük Britaniyaya məxsus hərbi gəmilər Seddülbahir, Ərtoğdərul fransız hərbi gəmiləri isə Qumqala Orhaniyyədəki müdafiə sədlərini top atəşinə tutdular. Düşmən tərəfindən atılmış top mərmilərindən birinin içərisində barıt saxlanılan anbara düşməsi nəticəsində ətraf yerlə-yeksan oldu. Hadisədən sonra İngiltərənin sualtı gəmiləri boğaza doğru irəliləyərək özündən 700 metr məsafədə dayanan digər hərbi gəmiyə atəş açdı. Nəticədə, 10 nəfərlik heyət gəmidə olan 24 nəfər əsgər həyatını itirdi. Buna baxmayaraq, qarşı tərəf boğazı ələ keçirə bilmədi. Belə ki, ilkin mərhələdə ingilislər 7 hərbi gəmi ilə boğaz sahilindəki istehkamları tamamilə dağıtmalı, buranı ələ keçirməli idilər. Amma Kardenin xəyalları puç oldu. Bu məqsədlə o, 1914- il fevralın 19-da ikinci mərhələnin döyüşlərinə başladı. Döyüşlər nəticəsində sahildə müdafiə mövqeyi tutan Osmanlı böyük itkilər verdi. Fevralın 26-da düşmən donanması boğaza daxil olsa da, müqavimət gördükləri üçün irəliləyə bilmədilər. Uğursuzluğu ilə barışa bilməyən Böyük Britaniya Kardeni vəzifəsindən azad etdi. Admiralın yerinə təyin olunan Robek tezliklə adaları ələ keçirmək barədə əmr verdi. Bundan xəbər tutan türk ordusu döyüşlərə daha ciddi hazırlaşdı. Belə ki, minbaşı Nəzmi bəy "Nüsrət" minadöşəyici gəmisi ilə boğaz sularında 11 xətdən ibarət 26 mina yerləşdirdi. 1914- il martın 18- düşmən türklərə qarşı döyüşə başladı.

Xatırladaq ki, Çanaqqala savaşında düşmən tərəfdən 18 hərbi gəmi iştirak edirdi. Bu, dünyanın ən böyük dəniz savaşlarından birinin başlaması ilə xarakterizə olunurdu. Olduqca dəhşətli keçən döyüşlərdə hər iki tərəf xeyli itki verdi. Türklərin müqavimətinə heyran qalan Robek fransız gəmilərini meydandan uzaqlaşdırmış, ingilis gəmilərini yenidən buraya cəlb etmişdi. Amma bu addımlar da düşmənin məğlubiyyətinin qarşısını ala bilmədi. 6 saat davam edən savaşda onların 6 gəmisi tamamilə məhv edildi, Robek geri çəkilməyə məcbur oldu. Beləliklə, Osmanlı ordusunun qəhrəmanlığı nəticəsində bir daha İstanbulu ələ keçirmək uğrunda atılan addımların qarşısı uğurla alındı. Çanaqqala savaşı türk əsgərinin düşmən üzərində qazandığı ən böyük tarixi zəfər idi. Bu savaşda türk ordusu 250 mindən çox şəhid verdi. Çanaqqala savaşında göstərilən şücaətlərin misli-bərabəri yoxdur. Məsələn, Qoca Seyid ləqəbli topçu çavuş yoldaşlarının şəhid olması səbəbilə meydanda tək qalmışdı. Amma o, yenə inancından dönməmiş, son mərmini təkbaşına qaldıraraq düşmənə atəş açmağı bacarmışdı.

Beləliklə, qarşı tərəfin daha bir gəmisi batmışdır. Dənizdəki məğlubiyyət düşmənə göz dağı olmadı. Onlar bu dəfə qurudan Çanaqqala istiqamətində hücuma keçərək İstanbulu ələ keçirməyə cəhd etdilər. Baş verən qeyri-bərabər savaşda Mustafa Kamal Paşa əsgərlərinə son nəfəsinə qədər döyüşməyi əmr etdi. Osmanlı ordusunun mübarizə əzmi düşməni dəhşətə gətirdi. Xeyli çəkən döyüşlərdən sonra uğursuzluğa düçar olacağını başa düşən qarşı tərəf geri çəkilməyə məcbur qaldı. Beləliklə, Çanaqqala savaşındakı qalibiyyət türk tarixinə qızıl hərflərlə həkk olundu.

Nəzrin ELDARQIZI,

"Respublika".