TÜRKPA-nın nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında olub
Digər xəbərlər

TÜRKPA-nın nümayəndə heyəti Qərbi Azərbaycan İcmasında olub

Qərbi Azərbaycan İcmasında TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar sağlamlığın qorunması komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib.

Tədbirdə İcmanın İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli qonaqları salamlayaraq onlara Qərbi azərbaycanlıların keşməkeşli tarixçələri, ötən əsr boyunca dörd dəfə deportasiya olunmaları, soyqırımlara uğraması barədə məlumat verib. Əziz Ələkbərli İcmanın məqsədləri fəaliyyət istiqamətləri barədə danışıb. TÜRKPA-nın təsis edilməsi barədə 2008-ci il İstanbul Sazişinin məqsədlərinə uyğun olaraq, Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların hüquqları onların mədəni irsi məsələsinin Assambleyanın gündəliyinə gətirilməsinin faydalı ola biləcəyini qeyd edib.

Daha sonra İcmanın Ağsaqqallar Şurasının TÜRK PA-nın Ətraf mühit, təbii ehtiyatlar sağlamlığın qorunması komissiyasının sədri, deputat Əhliman Əmiraslanov İcmanın TÜRKPA-nın fəaliyyət sahəsi üçün maraqlı olduğunu qeyd edib.

TÜRKPA-nın nümayəndə heyətinin üzvləri İcma ilə tanışlıqdan məmnun olduqlarını, yaşananların Türk dünyası üçün ağrılı bir səhifə olmasını vurğulayaraq bu istiqamətdə Qərbi azərbaycanlılara mənəvi dəstək verəcəklərini bildiriblər.

Qeyd edək ki, görüşdə TÜRKPA tərəfdən Türkiyədən olan deputatlar Recep Şeker, Ömer Fethi Gürer, Yüksel Özkan türkiyəli əməkdaş Nuri Ayvaz, Qazaxıstandan olan deputat Nurlan Bekenov, Qırğızıstandan olan deputatlar Marlen Mamataliyev, Tazabek İkramov, komissiyanın əməkdaşı, Qırğızıstandan olan Akıltay Bazarbayev, Qərbi Azərbaycan İcmasından Nəzarət- təftiş komissiyasının sədri Vahid Novruzov, İcmanın İdarə Heyəti sədrinin müavini - TÜRKPA-nın ilk Baş katibi olmuş Ramil Həsən, Qəyyumlar Şurasının sədri Mürvət Həsənli iştirak ediblər.

M.KAMAL,

Respublika”.