Türkmənistan Prezidentinin Azərbaycana səfəri başa çatıb
Digər xəbərlər

Türkmənistan Prezidentinin Azərbaycana səfəri başa çatıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri martın 2- başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov digər rəsmi şəxslər yola saldılar.