Türkiyəyə humanitar yardım aparmış avtomobil karvanının bir hissəsi Bakıya yola düşüb
Digər xəbərlər

Türkiyəyə humanitar yardım aparmış avtomobil karvanının bir hissəsi Bakıya yola düşüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyəyə humanitar yardım aparmış nəqliyyat vasitələrinin bir hissəsi Bakıya yola düşüb.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, qardaş ölkəyə humanitar yardım aparmış FHN-in xüsusi təyinatlı nəqliyyat vasitələrindən ibarət ilk avtomobil karvanı Bakıya yola salınıb.

Ümumilikdə 14 avtomobildən ibarət karvan martın 7- səhər saatlarında Kahramanmaraş şəhərindən yola düşüb.