Türkiyənin və Azərbaycanın müdafiə nazirləri arasında telefon danışığı olub
SİYASƏT

Türkiyənin və Azərbaycanın müdafiə nazirləri arasında telefon danışığı olub

Noyabrın 16-da Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarla Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, general-polkovnik Zakir Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədindəki vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.

Nazir Hulusi Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu bildirib.

AZƏRTAC