Türkiyəli professor: Azərbaycanın əzəmətli Qələbəsi bütün türk dünyasını sevindirir
MÜSAHİBƏLƏR

Türkiyəli professor: Azərbaycanın əzəmətli Qələbəsi bütün türk dünyasını sevindirir

İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölməsinin Türkiyə Cümhuriyyəti tarixi şöbəsinin müdiri professor Cezmi Eraslan və müəllim heyəti Zəfər Günü münasibətilə Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, türkiyəli müəllimlər Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və vəhşiliyinin şahidi olduqlarını təəssüflə qeyd edib, xalqımızın qazandığı Qələbəni böyük sevinc hissi ilə qarşıladıqlarını söyləyiblər. Vurğulayıblar ki, onlar bu günədək olduğu kimi, bundan sonra da Azərbaycanın tarixini və möhtəşəm Zəfərini tələbələrə tədris edəcək, geniş ictimaiyyətə çatdıracaqlar.

Təbrikdə Azərbaycanın əzəmətli Qələbəsinin bütün türk dünyasını sevindirdiyi vurğulanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük Zəfərin ildönümü münasibətilə Azərbaycan xalqına və Milli Məclisin bütün deputatlarına təbriklər ifadə olunub.

AZƏRTAC