Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti Anıtqəbri ziyarət edib
Sosial həyat

Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti Anıtqəbri ziyarət edib

Azərbaycanın səhiyyə naziri Teymur Musayev rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfəri çərçivəsində mayın 18-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Səhiyyə Nazirliyinin adından Anıtqəbrə əklil qoyulub.

Türkiyə xalqının böyük oğlunun xatirəsinə dərin ehtiram göstərilib.

Azərbaycan nümayəndə heyəti Anıtqəbir muzeyi ilə tanış olub. Nazir Teymur Musayev xatirə kitabına ürək sözlərini yazıb.

AZƏRTAC