Türkiyədə Müstəqillik Günü münasibətilə silsilə tədbirlər
Türk dünyası

Türkiyədə Müstəqillik Günü münasibətilə silsilə tədbirlər

İstanbul

Azərbaycanın  İstanbuldakı  Baş Konsulluğunun təşkilatçılığı ilə  28 May - Müstəqillik Günü ilə bağlı təntənəli mərasim keçirilib. Tədbir hər iki ölkənin Dövlət himni səsləndirildikdən sonra öz işini davam etdirib

Mərasimdə İstanbul Valisi Ali Yerlikaya, baş konsul Nərminə Mustafayeva, İstanbulda müalicə olunan Vətən müharibəsi qaziləriTürkiyənin  digər dövlət qurumlarının rəsmiləri, burada fəaliyyət göstərən azərbaycanlı incəsənət ictimaiyyət xadimləri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının qardaş ölkədəki nümayəndələri, təhsillərini Türkiyədə davam etdirən hərbçilərimiz digər qonaqlar iştirak ediblər. Tədbirin rəsmi hissəsində çıxış edən baş konsul Nərminə Mustafayeva bu günün Azərbaycan tarixində xüsusi yeri olduğunu vurğulayıb. O qeyd edib ki, bu gün Azərbaycan Müstəqillik Gününü ərazi bütövlüyünü bərpa edən ölkə olaraq qeyd edir: "Bu  gün yalnız Azərbaycan deyil, bütün bölgə üçün şanlı tarixdir. Qısa bir dövrü əhatə etməsinə baxmayaraq, 1918-ci il mayın 28- Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini elan etməsi ilə türk islam dünyasında ilk demokratik respublikanın qurulması, eyni zamanda Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkənin milli ordusu bir sıra digər dövlət qurumları yaradıldı, şanlı Azərbaycan bayrağı dövlət himni təsdiq edildi. Bu tarixin bizə qoyduğu ən böyük miras isə dili, dini, irqindən asılı olmayaraq hər bir vətəndaşa dəyər verməyimizdir'', - deyib baş konsul

Azərbaycanın öz müstəqilliyini 1991-ci ildə bərpa etdiyini xatırladan Nərminə Mustafayeva bunun heç asan olmadığını deyib. Bildirib ki, ümummilli lider Heydər Əliyev indiki güclü-qüdrətli Azərbaycanın təməlini qoydu. Hazırda onun başlatdığı bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan xalqına verdiyi ən böyük töhfələrdən biri isə tarixi Qarabağ torpağımızın bizə qaytarılmasıdır. Baş konsul, həmçinin Türkiyənin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkə olduğunu da xatırladıb: "Əsrlərə dayanan dastana dönmüş bu qardaşlıq dostluq üçün təşəkkür edirik".

Mərasimdə çıxış edən  İstanbul valisi Ali Yerlikaya Türkiyə ilə Azərbaycanın əbədi qardaşlıq münasibətlərindən danışıb. O qeyd edib kihəm kədərli, həm sevincli günlərdə daima bir yerdə olacağıq. "Qarabağda zəfərə gedən yolda tək yumruq olmağımız bunun ən gözəl nümunələrindən biridir. Bizim üçün İstanbul, Ankara, Qaziantep, Kars nədirsə, Gəncə, Bakı, Kəlbəcər Naxçıvan da eynidir. Azərbaycanın müstəqilliyinin 105-ci ilini böyük qürur hissi ilə qeyd edirik", - deyə vurğulayıb A.Yerlikaya.

Ankara

Azərbaycanın Ankaradakı səfirliyinin təşkilatçılığı ilə  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105-ci ildönümü ilə bağlı  keçirilən tədbirdə Türkiyənin dövlət, hökumət parlament nümayəndələri, silahlı qüvvələrin qoşun növü komandanları, Ankaradakı diplomatik korpus təmsilçiləri, ölkə ictimaiyyətinin tanınmış simaları, beynəlxalq təşkilatların rəhbərləri, Türkiyədəki Azərbaycan diasporunun fəalları, tanınmış elm sənət adamları, ziyalılar qardaş ölkədə təhsil alan azərbaycanlı gənclər iştirak ediblər. İlk öncə Azərbaycan Türkiyənin dövlət himnləri səsləndirilib. Rəsmi hissədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Türkiyənin vitse-prezidenti Fuat Oktay   digər natiqlər  çıxış ediblər.

Tədbirdə səfir Rəşad MəmmədovAzərbaycan Xalq Cümhuriyyətinin yaranması, keçdiyi inkişaf yolu, süqutunun səbəbləri dövlət müstəqilliyimizin bərpası haqqnda  ətraflı  məlumat veribDiqqətə çatdırıb ki, 1993- ildə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinə qarşı yaranmış təhlükələri məharətlə dəf edərək işıqlı gələcəyimizin strategiyasını müəyyən edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı rəşadətli qələbənin dövlətçilik tariximizə qızıl hərflərlə yazıldığını ifadə edən səfir Azərbaycan-Türkiyə qardaşlığına geniş yer ayıraraq deyib: "İki müttəfiq dövlət olan Azərbaycan Türkiyə hər zaman bir-birinin güclənməsinə böyük töhfə vermişdir. Türkiyə bugünkü müzəffər Azərbaycan Ordusunun qurulmasında müstəsna rol oynamış, qəhrəman əsgər zabitlərimiz türk qardaşları ilə birlikdə təhsil təlimlər keçmişlər. Bu baxımdan, 44 günlük Vətən  müharibəsində qazandığımız rəşadətli qələbəyə Azərbaycan Türkiyənin ortaq tarixi Zəfəri olaraq qiymət verə bilərik".

Mərasimdə çıxış edən  Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib ki, "Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətlər bizi çox  qürurlandırır". Vitse-prezident  türk dünyasının böyük mütəfəkkiri İsmayıl Qaspıralının "Dildə, fikirdə, əməldə birlik" prinsipini xatırladaraq deyib ki, Türkiyə ilə Azərbaycanın həmrəyliyi günü-gündən daha da güclənir. Türkiyə ilə Azərbaycan xarici siyasətdən müdafiə sənayesinə, iqtisadiyyatdan ticarətə, nəqliyyatdan enerjiyə, ətraf mühitdən kənd təsərrüfatına qədər bir çox sahədə əməkdaşlığını artırıb: "Biz Qarabağın Ermənistanın işğalından azad olunmasını dəstəklədiyimiz kimi, bölgənin dirçəlişinə sabitləşməsinə eyni dəstəyi veririk. Qarabağın Azərbaycan bayrağının dalğalandığı hər bir nöqtəsindən işğal illərinin izlərini silib, öz tarixinin şanlı illərinə qaytarmağı başlıca vəzifəmiz kimi görürük".

Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" anlayışını xatırladan vitse-prezident Fuat Oktay Azərbaycan-Türkiyə münasibətlərinin Şuşa Bəyənnaməsi əsasında müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayaraq deyib: "Xüsusilə bildirmək istərdim ki, biz Ankaranın taleyini Bakının taleyindən ayrı düşünmürük. Allah qardaşlığımızı, birliyimizi, həmrəyliyimizi daimi etsin!".

Rəsmi hissədən sonra mərasim rəngarəng bədii proqramla davam edib. Zəfər, Vətən sevgisi, ölkəmizin füsunkar gözəlliyi, Azərbaycan-Türkiyə qardaşlığını tərənnüm edən ifalar, bayram ovqatını yüksəldib.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.