Türkiyədə bərpa işləri davam edir
Digər xəbərlər

Türkiyədə bərpa işləri davam edir

2023 - ilin fevral ayı Türkiyə üçün elə bir gözlənilməz hadisə ilə tarixin səhifəsinə həkk olundu ki, yüz illər sonra da XXI əsrin faciəsi kimi anılacaq, haqqında dəhşətlə, ürək yanğısı göz yaşı ilə söhbət açılacaq. Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Osmaniye, Adana, Şanlıurfa, Malatya, Diyarbəkir, Kilis, Elazığ şəhərlərində fevral ayının 6-da gecə saatlarında bir-birinin ardınca 7.7 7.6 bal gücündə baş verən iki böyük zəlzələnin qurbanlarının sayı artıq 50 min nəfərə çatıb. Minlərlə insan hazırda xəstəxanalarda müalicə alır, bir o qədər insan evini itirib, minlərlə insandan isə heç bir xəbər yoxdur. Zəlzələlər sonsuz zərərlərlə müşahidə olunur. Bu azmış kimi indi sel fəlakətləri  Türkiyəni ağuşuna alıb. Zəlzələdən sağ qalan insanların çoxu sel fəlakətləri ilə ölüm-qalım savaşı aparır. Onlarla insan həyatını itirib, itkin düşənlərin sayı bəlli deyil...

Zəlzələ nəticəsində təxminən 1 milyon 250 min insan evsiz qalıb. Zəlzələdən zərər çəkmiş 11 vilayətin Türkiyədə ən yüksək yoxsulluq göstəricilərinə malik olduğunu qeyd edən iqtisadçı ekspert Ülker Kerim bu bölgələrin Türkiyədəki ümumi suriyalı qaçqın əhalisinin təxminən yarısına - 1,7 milyondan çoxuna evsahibliyi etdiyini açıqlayıb. Ü.Kerim qeyd edib ki, zəlzələdən zərərçəkmiş şəhərlərin normal vəziyyətə gəlməsi üçün uzun illər lazım olacaq: "Fəlakət bölgəsində iqtisadiyyat həm kənd təsərrüfatı, həm heyvandarlıq, tekstil, dəmir-polad enerji olmaqla sənaye istehsalından formalaşır. Təkcə Kahramanmaraş Türkiyənin iplik istehsalının 36 faizini həyata keçirir. Yaxın Şərq bazarlarının ixrac bazası olan Qaziantep isə xalça istehsalının 60 faizinə sahiblik edir. Türkiyənin ümumi sitrus meyvələri istehsalının üçdə biri Adananın payına düşür. Hatayda isə Türkiyənin ən böyük dəmir-polad zavodu fəaliyyət göstərir, həmçinin sitrus meyvələri istehsalının 21 faizini qarşılayır. Şanlıurfa taxıl, pambıq mərcimək istehsalında liderlik edir".

İqtisadçı ekspert vurğulayıb kiKahramanmaraş zəlzələsinin iqtisadiyyata təsirini 2011-ci il Van zəlzələsi ya 1999-cu il Mərmərə zəlzələsi ilə müqayisə etmək doğru deyil: "Mərmərə zəlzələsi Türkiyənin istehsal maliyyə mərkəzində olub. Bu zəlzələ nəhəng bir əraziyə təsir edib, amma maliyyə sistemi işləyir, təchizat zəncirində ciddi bir fasilə yoxdur. Ancaq real tablo hələ tam aydın deyil".

Ülker Kerimin  sözlərinə görə, zəlzələnin infrastruktura vurduğu ziyan 10 milyard dolları keçsə , əsas mənfi təsir özünü Türkiyənin artım göstəricisində büruzə verəcək: "2023- ildə 3 faiz ilə 3,5 faiz arasında artımın gözlənildiyi Türkiyə iqtisadiyyatı bunun təxminən 2 faizini itirə bilər. Yəni artım olmasa, təxminən 20 milyard dollar zərərimiz olacaq".

Onu da qeyd edək ki, bu müddət ərzində bir tərəfdən çadır konteyner şəhərcikləri  yaradılır, bir tərəfdən isə evsiz qalan insanların evlə təmin edilməsi üçün planlar qurulur. Mart ayında zəlzələdən zərərçəkmiş 11 vilayətdə toplam 199.739 evin təməlinin  atılacağı bildirilir. Yeni tikiləcək evlər  3-4 mərtəbədən yüksək olmayacaq alt mərtəbələrdə mağazaların   bərbərxanaların işlədilməsinə icazə verilməyəcəkKahramanmaraşda isə artıq 72.596 evin tikiləcəyinə qərar verilib. Bununla bağlı xəbərləri Türkiyə Ətraf Mühit Şəhərsalma İqlim  Dəyişikliyi nazirliyi  bildirib. Türk Müəssisə İş Dünyası Konfederasiyası (TÜRKONFED) 2021-ci il dollar məlumatlarından istifadə edərək 1999-cu il Mərmərə 2023- il Kahramanmaraş zəlzələlərinin məlumatlarını müqayisə edərək can itkisi maddi ziyanla bağlı proqnozlar hazırlayıb. "2023 Kahramanmaraş Zəlzələ Fəlakət Vəziyyəti Hesabatı" başlıqlı hesabatda Mərmərə zəlzələ məlumatlarından istifadə metodologiyasına əsasən Kahramanmaraş zəlzələsini 2021-ci il dollar məlumatları ilə sınaqdan keçirsək,  84,1 milyard dollarlıq maddi ziyan 45 mindən çox can itkisi hesablanır.

Amma qeyd edilənlər  sadəcə iqtisadi məsələlərdir. Bir insan bir dünyadır. On minlərlə dünyalar dağıldı. Bir ailə kiçik bir dövlətdir. On minlərlə dövlət dağıldı. Yetim böyüyəcək uşaqlar, ailəsi məhv olan, psixologiyası pozulan, əlil qalan on minlərlə insanı düşündükcə, iqtisadi məsələlər kölgədə qalır.

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin Türkiyə üzrə müxbiri.