Türkiyə yeni hökumətlə uğurlu gələcəyə addımlayır
Türk dünyası

Türkiyə yeni hökumətlə uğurlu gələcəyə addımlayır

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın iyunun 3- andiçmə mərasimi keçirilib. Bununla da, Ərdoğan yeni prezidentlik dövrü üçün səlahiyyətlərinin icrasına başlayıb. O, ilk növbədə Nazirlər Kabinetinin yeni tərkibini açıqlayıb. Bundan sonra Türkiyə 67-ci Hökumətin rəhbərliyi altında yeni dövrə qədəm qoyub.

Nazirlərin siyahısı isə olduqca maraq doğurub. Belə ki, hökumətdə səhiyyə naziri Fəxrəddin Qoca, mədəniyyət turizm naziri Mehmet Nuri Ərsoy istisna olmaqla, bütün nazirlər dəyişib. Əslində, bu, proqnozlaşdırılırdı. Çünki 14 may parlament seçkilərində Mövlud Çavuşoğlu Antalyadan, Hulusi Akar Kayseridən, Fuad Oqtay Ankaradan, Bəkir Bozdağ Şanlıurfadan, Süleyman Soylu İstanbuldan millət vəkili seçiliblər. Bu şəxslər AKP millət vəkili kimi fəaliyyətlərini davam etdirəcəklər.

Seçkilərdən sonra yerli xarici mətbuatda yeni təyinatlar, hətta onların alternativləri ilə bağlı müəyyən ipucları verilmişdi. Proqnozlara uyğun olaraq, vitse-prezident Cövdət Yılmaz, Ədliyyə naziri Yılmaz Tunç, Ailə sosial xidmətlər naziri Mahinur Özdəmir Göktaş, Əmək sosial müdafiə naziri Vədat İşıqxan, Ətraf mühit, şəhərsalma iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, Xarici işlər naziri Hakan Fidan, Enerji təbii sərvətlər naziri Alparslan Bayraqdar, Gənclər idman naziri Osman Aşkın Bak, Daxili işlər naziri Əli Yerlikaya, Milli təhsil naziri Yusif Tekin, Milli müdafiə naziri Yaşar Gülər, Sənaye texnologiya naziri Mehmet Fatih Kaçır, Kənd təsərrüfatı meşə təsərrüfatı naziri İbrahim Yumaklı, Ticarət naziri Ömər Bolat, Nəqliyyat infrastruktur naziri Əbdülqadir Uraloğlu olub.

Maliyyə xəzinə naziri seçilən Mehmet Şimşək isə ən çox diqqət çəkən simadır. O, seçki nəticələri məlum olandan sonra həm daxili, həm xarici auditoriyada bu post üçün uğurlu namizəd hesab edilirdi. Onun nazir olacağı ilə bağlı spekulyasiyalar belə bazarlarda əhvali-ruhiyyəni canlandırmışdı. Şimşəkin real iqtisadiyyatın tələblərini yerinə yetirəcəyinə bu gün güclü inam var. Çünki 60, 61 62-ci hökumətlərdə maliyyə naziri vəzifələrində çalışan Şimşək 2013- ildə inkişaf etməkdə olan Avropada "İlin Maliyyə Naziri" seçilib. elə həmin il "Foreign Policy" jurnalında dünyanın ən nüfuzlu 500 adamından biri kimi göstərilib. Onun fəaliyyəti  dövründə Türkiyə iqtisadiyyatı orta hesabla 5 faiz böyüyüb, 2010-cu ildə bu göstərici 8 faizə, 2011-ci ildə isə ilk dəfə ikirəqəmli  səviyyəyə çatıb. Sonrakı dövrdə dəyişkən kurs müşahidə edilsə , Şimşəkin vəzifədən getdiyi 2018-ci ildə artım 3 faizə düşübİndi isə ondan 67-ci hökumətdə yüksək inflyasiyanın aşağı salınması milli valyutanın dəyər qazanması yönündə iqtisadi islahatlar gözlənilir.

Dünyanın aparıcı şirkətləri Türkiyənin maliyyə siyasətində ciddi transformasiyalar edilməzsə, dolların ilin sonuna kimi 28 TL- qədər bahalaşa biləcəyi barədə xəbərdarlıq edirlər. Bunu  hökumətin  faiz dərəcələrini aşağı saxlamaq siyasətini davam etdirməsi fonunda proqnozlaşdırırlarÜstəlikxarici maliyyəyə yüksək tələb səbəbindən makro risklərin davametmə ehtimalı da var. Bütün bunlar isə Şimşəkin bəzi sahələrdə islahatlar aparmasını zəruri edir. Görünür, həll etməli olduğu problemləri Şimşək yaxşı bilir. Bu səbəbdən vəzifəsini Nurəddin Nebatidən təhvil alan yeni nazir rassional iqtisadi siyasətə  üstünlük verəcəklərini açıqlayıb. Şimşəkin vədləri Türkiyənin uzun müddətdir gözlədiyi istiqamətlərdədir. Amma indi əsas məsələ  onun həyata keçirmək istədiyi siyasətin nəticəsinin olub-olmayacağıdır. Bu məqamda qeyd etmək lazımdır ki, yay aylarında yeni nazirin işi qismən asan olacaq. Meyvə-tərəvəzin qiymətləri ucuz olduğundan bu, inflyasiyaya müsbət təsir göstərirÜstəlik, qarşıdakı aylarda turizm sayəsində Türkiyə iqtisadiyyatına valyuta axını gözlənilir. Bütün bunlar isə ona işarə edir ki, iqtisadiyyatda islahat çağırışları edən Şimşək müəyyən etdiyi siyasəti həyata keçirərsə, Türkiyədə inflyasiya daha sürətlə azala, xaricdən gələn kapitalın həcmi isə arta bilər.

Yeni Nazirlər Kabinetində ölkənin xarici işlərindən məsul olan Hakan Fidan da kifayət qədər maraq doğuran şəxsdir. 1986- ildən 2001-ci ilə qədər Türkiyə Silahlı Qüvvələrində ehtiyat zabit olaraq çalışan Fidan 2001-ci ildən etibarən iki il Avstraliyanın Türkiyə Səfirliyində Baş Siyasi İqtisadi Məsləhətçi vəzifəsində çalışıb. 2003- ildə isə Baş nazirlik nəzdində Türkiyə Əməkdaşlıq İnkişaf İdarəsinin (TİKA) rəhbəri təyin edilib. Onun əsas fəaliyyəti isə 2009-cu ildə Milli Kəşfiyyat Təşkilatı rəhbərinin köməkçisi vəzifəsinə gətirilməsi ilə başlayıb, 2010-cu ildə MİT rəhbəri vəzifəsinə təyin edilib. O, bütün dünyada Türkiyə Cümhuriyyəti tarixinin ən güclü kəşfiyyat rəhbəri kimi qəbul olunur. Ərdoğan isə onu Türkiyənin "sirr küpü" adlandırır. Məhz bu səbəbdəndir ki, FETÖ-nün 2014 2016- il çevriliş təşəbbüsləri zamanı ilk hədəf aldıqları MİT rəhbəri Hakan Fidan idi. Hakan Fidan Türkiyənin PKK FETÖ- qarşı mübarizəsinə ən ciddi töhfə verən şəxs kimi qəbul olunur. Onun başçılığı ilə bir çox terrorçu ölkə xaricində ya yaxalanaraq Türkiyəyə gətirilib, ya da məhv edilib. Fidan Ərdoğanı həm Baydenlə, həm Putinlə görüşlərdə müşayiət etməsi ilə tanınır.

Bundan sonra Türkiyənin Müdafiə Nazirliyinə rəhbərlik edəcək Yaşar Gülər 1975-1984- illər arasında müxtəlif birliklərdə döyüş komandası bölük komandiri vəzifələrində çalışıb. O, 1986-1988-ci illərdə Daxili Regional Komandanlıqda əməliyyat rəisi, 1988-1991-ci illərdə Quru Qoşunlarının Təftiş Qiymətləndirmə Rəhbərliyində Plan Mütəxəssisi, 1991-ci ildə 12-ci Piyada Diviziyasının Əməliyyat Təlim Şöbəsinin Müdiri vəzifələrində çalışıb. 1992-1994- illərdə Silopidə daxili komandan vəzifəsini icra edib. Gülər 2011-2013- illərdə Baş Qərargah Kəşfiyyat İdarəsinin rəisi vəzifəsində işləyib. 2017-2018-ci illərdə Quru Qoşunlarının komandanı, son olaraq isə Prezidentin 9 iyul 2018-ci il tarixli sərəncamı ilə Baş Qərargah rəisi təyin edilib. Türkiyə Silahlı Qüvvələrinin üstün xidmət medalı TSQ "Şərəf" medalına sahib olan general Yaşar Gülər bəzi ölkələr tərəfindən müxtəlif medallarla təltif olunub. Türkiyə ordusunda böyük nüfuz sahibi olan Yaşar Gülərin Azərbaycanın hərbi rəhbərliyi ilə münasibətləri yüksək səviyyədədir.

Ümumilikdə, hər biri öz sahəsində uğurlu kadr hesab edilən nazirlərin ilk iclası isə iyunun 6-da keçiriləcək.

Jalə QASIMZADƏ,

"Respublika".