Türkiyə və Gürcüstan parlamentlərinin nümayəndələri postmünaqişə dövründə regiondakı vəziyyət barədə məlumatlandırılıb
Digər xəbərlər

Türkiyə və Gürcüstan parlamentlərinin nümayəndələri postmünaqişə dövründə regiondakı vəziyyət barədə məlumatlandırılıb

Mayın 23-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli birgə görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan nümayəndə heyətlərinin rəhbərləri - Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç və Gürcüstan parlamentinin Xarici komitəsinin sədri Nikoloz Samxaradze ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, habelə Türkiyə və Gürcüstanın ölkəmizdəki səfirləri iştirak ediblər.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın həm Türkiyə, həm də Gürcüstanla ikitərəfli əsasda mövcud olan yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərindən, habelə üçtərəfli regional əməkdaşlıq formatından məmnunluqla bəhs edib. Ölkələrimizin, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı vurğulanıb. Üç ölkə arasında yüksək səviyyəli siyasi dialoqla yanaşı, iqtisadi, ticarət, enerji, humanitar və sair sahələrdə əlaqələrin, habelə parlament səviyyəsində əməkdaşlığın dinamik inkişafı təqdir edilib.

E.Məmmədov qarşı tərəfə bölgədə mövcud olan postmünaqişə vəziyyəti, o cümlədən azad olunmuş ərazilərin minalardan təmizlənməsi, bərpa və quruculuq işləri, eyni zamanda, sülh quruculuğu istiqamətində Azərbaycan tərəfindən görülən işlər, Brüsseldə Ermənistan və Azərbaycan liderləri səviyyəsində keçirilmiş görüşlər və onların nəticələri barədə məlumat təqdim edib. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə silsilə tədbirlərin təşkil edildiyi vurğulanıb.

Görüş zamanı üçtərəfli formatda əməkdaş

lıq məsələləri, regional və beynəlxalq gündəliyin aktual mövzuları, həmçinin Ukraynadakı vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

AZƏRTAC