Türkiyə və Azərbaycan: bir millət, iki dövlət, bir yumruq
Türk dünyası

Türkiyə və Azərbaycan: bir millət, iki dövlət, bir yumruq

Azərbaycan Türkiyə qardaşlığı tarixin bir çox ağır məsuliyyətli sınaqlarından  üzüağ çıxmışdır. Azərbaycanın müstəqilliyini ilk tanıyan qardaş Türkiyə bugünə qədər təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda yüksək tribunalardan ölkəmizi dəstəkləməklə haqq işimizin müdafiəsi üçün çalışmışdır. Xüsusən Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın parlaq gələcəyi istiqamətində göstərdiyi səylər, türk dünyasının birliyi həmrəyliyi yolunda atdığı ciddi siyasi addımlar olduqca əhəmiyyətlidir.

Hər iki dövlətin ölkə başçılarının, yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı ilə Bakıda Ankarada keçirilən görüşlər xalqlarımız arasında dostluq qardaşlığın əbədi, sarsılmazlığının göstəricisidir. Ümumən, Türk dünyasının birliyi naminə Bakıda keçirilən bir-birindən mühüm tarixi əhəmiyyətli tədbirlər - Dünya Azərbaycanlılarının qurultayları, Türk Dövlətləri Başçılarının Zirvə toplantısı böyük türk birliyinin nümayişidir. Ölkə başçımızın bildirdiyi kimi, Türk dünyası böyük ailədir. Bu böyüklük öz möhkəmliyini yenilməzliyini xalqların birliyi ilə sübut edir. Regionda sülhün, təhlükəsizliyin təminatçısı kimi dəyərləndirilən Azərbaycan-Türkiyə birliyi isə siyasi iradənin qətiyyətin, dünyada tayı-bərabəri olmayan qardaşlığın nümunəsidir. Azərbaycan Türkiyə eyni köklər üzərində böyüyən ulu bir çinarın iki budağıdır. Həmin çinarın kökləri bugün həyata keçirilən layihələrlə Qafqazdan Avropayadək bir çox ölkəyə qədər uzanmışdır. Danılmaz faktdır ki, reallaşan hər bir layihə region tərəfdaş ölkələrin həyatına yeni nəfəs gətirir, hər iki ölkənin gücünə güc qatır. Qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu Azərbaycan Türkiyənin mənzərəsində aydın görünür. Bu gün bu mənzərə dünya  ölkələrinin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur.

İkinci Qarabağ müharibəsinin başlandığı ilk saatlardan etibarən Azərbaycanın yanında olduğunu bildirən qardaş ölkənin öz qəti mövqeyini bəyan etməsi, bütün rəsmi dairələrin, türk ictimaiyyətinin siyasi diplomatik dəstəyini əsirgəməməsi Azərbaycan üçün olduqca önəmlidir. Sentyabrın 27- Türkiyənin müdafiə naziri Hulusi Akar Ermənistanın mövqeyinin Cənubi Qafqazda sülh sabitliyin ən böyük əngəli olduğunu vurğulamışdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə həmin gün "Erməni xalqını onları fəlakətə aparan hökumətlərinə onları bir kukla kimi oynadanlara qarşı çıxmağa, gələcəklərinə sahib çıxmağa dəvət edirəm. Bütün dünyanı işğala zülmə qarşı verdikləri mübarizədə Azərbaycanın yanında olmağa çağırıram. 30 ilə yaxındır məsələyə etinasız yanaşan ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələri həll üçün fəaliyyətdən, təəssüf ki, çox uzaqdır. Ermənistan bölgədə sülh sabitliyin önündəki ən böyük təhdid olduğunu növbəti dəfə göstərib. Türk milləti hər zaman olduğu kimi, bu gün bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanındadır", - deyə mövqeyini bəyan etmişdir. Sonrakı günlərdə Türkiyənin Azərbaycana dəstəyinin bariz nümunəsi olaraq xarici işlər naziri Mövlud Çavuşoğlunun Bakıya səfərləri baş tutmuş, bu səfərlər gedişində türkiyəli nazir Azərbaycanın hər zaman dost ölkəyə güvənə biləcəyini bir daha bəyan etmiş, hərbi əməliyyatlarda hər iki tərəfin itkilərindən Paşinyanın məsuliyyət daşıdığını bildirmişdir. Qardaşlığın dostluğun dar gündə tanındığı bir dövrdə, qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə hər zaman birlikdə olmuşdur. Türkiyə Respublikasının xarici işlər nazirini, milli müdafiə nazirini Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbulu zamanı Prezident İlham Əliyev bildirmişdir ki, "Bu, bizim müştərək qələbəmizdir, Türkiyə-Azərbaycan birliyinin təsdiqidir. Bu gün bu birlik tarixdə bəlkə ən yüksək səviyyədədir. Bütün bu günlər ərzində Türkiyənin vəzifəli şəxsləri, Məclis üzvləri, nazirlər, ictimai fəallar, mətbuat, geniş ictimaiyyət, bizim bütün qardaşlarımız bizə çox böyük dəstək oldular. Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı". Bununla yanaşı, qələbənin əldə edilməsindən sonra 2022-ci il mayın 14- Azərbaycan Türkiyə prezidentlərinin Rize-Artvin Hava Limanının açılış mərasimində birgə iştirakı ölkə başçımızın verdiyi bəyanatlar qardaş ölkənin Azərbaycanın yanında qərarlaşdığını bir daha dilə gətirdi: "Biz hər zaman bir yerdəyik - xoş günlərdə, yaxşı günlərdə, çətin günlərdə İkinci Qarabağ savaşı bunu bir daha bütün dünyaya göstərdi. Savaşın ilk saatlarından son gününə qədər mənim qardaşım bizim yanımızda idi, qardaş Türkiyə xalqı bizim yanımızda idi".

44 günlük Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri Türkiyə Azərbaycan arasında münasibətləri tamamilə yeni müstəviyə çıxardı. İki ölkə arsında imzalanan Şuşa Bəyannaməsi qardaş ölkələr arasında yeni dövrün başlanğıcını qoydu. Bu Bəyannamə bütün sahələrdə münasibətlərin yeni zirvəyə yüksəlməsi üçün geniş imkanlar açır.

Azərbaycan-Türkiyə təkcə hərbi-siyasi aspektlərdə yox, elm, sosial, tibbi texnologiya sahələrində qarşılıqlı əməkdaşlıq edirlər. Məhz bu çərçivədə "Teknofest"in əhəmiyyəti vurğulanmalıdır. Yeni mərhələnin, həmrəyliyin, qarşılıqlı əməkdaşlığın növbəti zirvəsi olan festivalda hər iki ölkə başçısının iştirak edərək verdiyi bəyanatlar türk dünyası ilə yanaşı, bütün dünyaya önəmli mesajları özündə əks etdirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Teknofest" festivalını müstəqil dövlətimizin qardaş Türkiyə Cümhuriyyəti ilə elm, təhsil, texnologia sahəsindəki qarşılıqlı əməkdaşlığın zirvəsi adlandırması ölkəmizin bu məsələyə qədər böyük qiymət önəm verdiyinin göstəricisidir. Xüsusilə qeyd etmək lazımdır ki, 2022-ci ilin 26-29 may tarixlərində Azərbaycanda keçirilən "Teknofest"in olduqca böyük əhəmiyyəti var. Belə ki, ilk dəfə Türkiyə sərhədlərindən kənarda reallaşdırılan tədbirə Bakının evsahibliyi etməsi qarşılıqlı etimadın göstəricisidir. Bununla yanaşı, beynəlxalq iştirakçıların festivaldakı fəallığı dünya ictimaiyyəti tərəfindən göstərilən rəğbətin əyani sübutudur. Tədbir çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "MİQ-29" qırıcı təyyarələri, Türkiyənin Solotürk Türk Ulduzları aerobatika komandaları, Bayraktar Akıncı PUA-, Hürkuş təlim təyyarəsi T-129 helikopterləri uçuşlar həyata keçiriblər. Bu isə öz növbəsində güclənən Azərbaycan Türkiyənin müdafiə sənayesinin yüksək texnoloji nailiyyətlərinin nümayişi demək idi. Bununla yanaşı, ölkə başçımız İstanbulda keçirilən "Teknofest - 2023" festivalında səsləndirdiyi:  "Kızılelma" havada, "Altay" "Togg" quruda, "Anadolu" dənizdə - bugünkü Türkiyə budur" fikirləri ilə qardaş Türkiyənin gücünü bütün dünyaya bildirmişdir. Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürü olaraq ölkə başçımızın da qeyd etdiyi kimi, "Heydər Əliyev demişdir: "Türkiyə Azərbaycan bir millət, iki dövlətdir". Bu gün biz bunu sübut edirik. Bu gün bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə etmək istəyirəm, "Bir yumruq!".

Bəli, bugün iki qardaş ölkə bir yumruq kimi vahid sarsılmazdır. Türkiyə son 20 il ərzində böyük şərəfli yol keçmişdir. Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə qlobal məkanda söz sahibi olmuş, regionda sülhün, stabilliyin təhlükəsizliyin qarantına çevrilmişdir. Bu gün Türkiyə Avrasiyanın ticarət, enerji, nəqliyyat, o cümlədən siyasi mərkəzidir. Qüdrətli Türk Ordusu bu gün dünyanın ən güclü orduları sırasında ön mövqelərdə yer alır. Türkiyənin müdafiə sənayesi bu gün ən yüksək texnoloji yeniliklərlə özünü təkminləşdirmişdir. İnkişaf etmiş, modern müdafiə sənayesi bugün həm Türkiyəni, həm Azərbaycanı gücləndirir uzun illər bundan sonra Türkiyənin təhlükəsizliyini təmin edəcəkdir.

Rəcəb Tayyib Ərdoğanın öndərliyində özünün ən qüdrətli dönəmini yaşayan Türkiyə dövləti daha bir demokratik prezident seçkilərində öz liderinə sədaqət örnəyi göstərdi. Rəcəb Tayyıb Ərdoğan 52,18 faiz səslə qalib gələrək növbəti dəfə Türkiyənin Prezidenti seçildi. Onun qələbəsi Azərbaycanda da böyük sevinclə qarşılandı. Hər iki seçim turunda da 80 faizdən artıq vətəndaşın səs verməsi bütün dünyaya önəmli demokratiya mesajı vermiş oldu.

Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qələbəsi iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmlənməsində yeni bir dövrün əsasını qoydu. Ərdoğanın qələbəsi ilə bağlı xalqa müraciətində "Azərbaycan qazandı, Qarabağ qazandı" ifadələri qardaşlıq münasibətlərinin bundan sonra daha da möhkəmlənəcəyindən xəbər verir. Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən siyasi liderin Azərbaycan Prezidenti İlham Əliyevin olması Ərdoğanın bunu xalqa müraciətində böyük fərəhlə açıqlaması ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə olmasını göstərir. Bununla yanaşı, yekun nəticələr açıqlanmadan dövlətimizin başçısı qardaş ölkənin Prezidentini təbrik etməklə yanaşı, Azərbaycana dəvət etməsi sarsılmaz etimadın bariz nümunəsidir. Bildiyiniz kimi, Ərdoğanın Prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana etməsi artıq bir ənənəyə çevrilmişdir. Bu dostluq qardaşlıq əlaqələri əbədi olaraq hər iki ölkənin inkişafına böyük töhfə verəcək. İndi Azərbaycan-Türkiyə münasibətlərində yeni bir era açılır. Bu yeni erada Azərbaycanla Türkiyə əl-ələ verərək birgə addımlayacaq, türk birliyini gücləndirməklə dünyaya yeni bir güc ədalət nümayiş etdirəcək.

Dünən isə artıq Türkiyə Böyük Millət Məclisində Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi keçirildi. Parlamentə sədrlik edən Dövlət Bağçalı Rəcəb Tayyib Ərdoğanın Türkiyə Respublikasının Prezidenti seçilməsinə dair protokolu ona təqdim edərək xatirə fotosu çəkdirdi. İnauqurasiya mərasimindən sonra 13- Cumhurbaşqanı Anıtqəbri ziyarət edərək, Atatürkün məzarı önünə əklil qoydu xatirəsini ehtiramla yad etdi. Türkiyə Respublikasının Dövlət Himni səsləndirildikdən sonra isə Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin Xatirə kitabını imzaladı. Qeyd edək ki, Andiçmə mərasimində 21 dövlət başçısı, 14 baş nazir, habelə nazirlər beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Türk Dövlətləri Təşkilatı, NATO İslam Əməkdaşlığı Təşkilatının rəhbərləri iştirak etdi.

Ümumilikdə, 78 ölkədən nümayəndələrin iştirak etdiyi Ankarada keçirilən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində Cumhurbaşqanı önəmli mesajlar verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın da iştirak etdiyi mərasimdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, şəhidlərin fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Türkiyə Respublikasının Dövlət Himni - "İstiqlal Marşı" səsləndirildi. Qürurverici məqamlardan biri isə Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanın Prezident İlham Əliyev Mehriban xanım Əliyeva ilə yanaşı əyləşməsi idi. Bir çox dünya liderlərinin eyni sırada əyləşdiyini nəzərə alaraq məhz Azərbaycan Türkiyə prezidentlərinin birgə qərarlaşması bir daha bütün dünyaya "bir millət, iki dövlət, bir yumruq" mesajı vermiş oldu.

Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edərək, ilk öncə, öz seçicilərinə təşəkkür etdi. Ardınca isə bütün seçki iştirakçılarına bütün dünyaya demokratiya dərsi verdiyi üçün minnətdarlıq duyduğunu qeyd etdi. Mayın 28- keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, "Türkiyə yüzilliyi"nin ölkənin yüksəliş mərhələsinin başladığını vurğuladı. Prezident Rəcəb Tayyib Ərdoğan siyasi dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq xalqın etimadını boşa çıxarmamaq üçün səylə çalışacaqlarını qeyd etdi. Türkiyə Respublikasının yaradılmasının 100- ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdıran dövlət başçısı ölkə müxalifətini vətəndaşları birliyə səslədi: "Gün bir olmaq, bərabər olmaq, minillik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə "Türkiyə yüzilliyi"nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq".

Türkiyə demokratiyasının əhatəsi çərçivəsində Konstitusiyanın yenilənməsini qeyd edən Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə, digər dövlət, hökumət başçılarına qonaqlara bir daha minnətdarlığını bildirdikdən sonra "Qurani-Kərim"dən ayələr oxunaraq dualar edildi.

Şübhə yoxdur ki, Türkiyə növbəti beşillikdə Rəcəb Tayyib Ərdoğanın liderliyində öz qüdrətini, dünyadakı nüfuzunu daha da artıracaq. Böyük türk xalqı öz mövqeyini daha da qətiləşdirərək yeni dövrün başlandığını bütün dünyaya nümayiş etdirəcək. Azərbaycan Türkiyə dövlətləri iki liderin qardaşlığının vəhdətində regionda növbəti uğurlara birlikdə imza atacaqlar.

Nurlan ABDALOV,

"Respublika".