Türkiyə Rəqabət Qurumunun nümayəndələri ilə görüş keçirilib
Digər xəbərlər

Türkiyə Rəqabət Qurumunun nümayəndələri ilə görüş keçirilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində (AİBNDX) Türkiyə Rəqabət Qurumunun mütəxəssisləri ilə görüş keçirilib. Görüş zamanı Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun fəaliyyət istiqamətləri, xüsusilə rəqabətin təmin edilməsi sahəsində görülən işlər barədə məlumat verib. Bu barədə AİBNDX-nin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd edilir ki, səfər çərçivəsində Türkiyə Rəqabət Qurumunun mütəxəssisləri tərəfindən Dövlət Xidmətinin aidiyyəti sahələr üzrə çalışan əməkdaşları üçün seminar keçirilib. Dörd gün davam edən seminarda iştirakçılar müəssisələrarası müqavilələr, hökmran mövqedən sui-istifadə, qanun pozuntularının növləri, sübut olunma meyarları və digər mövzularda məlumatlandırılıb.