Türkiyə Prezidenti Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyətini qəbul edib
Siyasət

Türkiyə Prezidenti Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyətini qəbul edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovu və müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib.

AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyası yayıb.

Bildirilir ki, Ankarada Prezident Administrasiyasında keçən qəbulda Türkiyə milli müdafiə naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər də iştirak ediblər.

Xatırladaq ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak edib, təlimləri izləyiblər.

AZƏRTAC